pəhrizPiylənmə epidemiyası bütün dünyanı bürüyüb.
Bir çox Avropa və Amerika ölkələrində artıq çəki və piylənmədən əziyyət çəkənlərin sayı 50%-dən çoxdur.

Mütəxəssislər piylənməni olduqca ciddi patologiya hesab edirlər. Söhbət xüsusilə abdominal piylənmədən gedir ki, bu zaman piy qarın boşluğunda yığılaraq bir çox orqan və sistemlərin fəaliyyətini pozur, ağır xəstəliklərin riskini artırır.
Bu xəstəliklər arasında:
– şəkərli diabet
– ürək xəstəlikləri
– onkoloji xəstəliklər
– Alsheymer xəstəliyi və s.
Mütəxəssislər abdominal piylənməni təyin etmək üçün sadə testdən istifadə edirlər. Bu testi icra etmək üçün sadəcə bel çevrəsini ölçmək lazımdır.
Ekspertlərin fikrinə görə, qadınlarda bel çevrəsi 80 sm-dən, kişilərdə 94 sm-dən çoxdursa, bu artıq abdominal piylənmənin inkişafına işarə edir.

Əvvəlki məqaləİdeal bədənə sahib olmağın 6 qaydası
Növbəti məqalədəMenstruasiya necə olmalıdır? Norma və patologiya