Hər evli cütlüyün ən böyük xəyallarından biri əlbəttəki övlad sahibi olması və onu ən yaxşı şəkildə yetişdirə bilməsidir . Bunun üçün ilk olaraq hamilə qalmaq lazımdır və bəzi cütlüklərdə bu bir az çətin təmin edilə bilir. Sonsuzluq probleminizin olduğunu düşünmədən əvvəl, düzgün hamilə qalma yollarını tətbiq etməniz lazımdır. Çünki bir çox cütlüyün hamilə qalması digərlərinə görə daha çətin ola bilir, ancaq bu vəziyyət bir sonsuzluq mərtəbəsinə də çatmır. Hamilə
qalmaq qalmaq istəyənlər üçün lazım olan mərhələləri sizin üçün hazırladıq və
bu üsullara baxmayaraq uşaq sahibi ola bilmirsinizsə, əlbəttəki  həkimə müraciət etməniz lazımdır . Yaxşısı
 budur, sözü uzatmadan hamiləliyə addım atmaq üçün nələr etməniz lazım olduğuna keçək.

İlk olaraq doğru qidaları qəbul etmənin çox əhəmiyyətli olduğunu bilməliyik. Çünki
həm kişilərdə sperma sayının çoxluğu və sperma keyfiyyəti , həm də
qadınlardakı yumurtanın problemsiz olması doğru bir qidalanma rejiminə
sahib olmaqdan ibarətdir.
Balanssız və sağlıqsız qidalanan cütlüklərin hamilə qala biməsində bir çox problemlər yaranır.


Cinsi əlaqə əsnasında hamiləlik üçün ən uyğun olan mövqenin missioner mövqeyi olduğu mütəxəssislər tərəfindən sübut edilmişdir. Yəni
kişinin üstdə olaraq cinsi əlaqənin təmini zamanı bu mövqe duruş etibarilə
spermaların ana rəhminə çatmasını çox daha asanlaşdırır və beləcə
müvəffəqiyyətli bir yaxınlıq şansını artırır.
Ancaq bu mövqedə erkən boşalmanın daha çox reallaşması səbəbiylə kifayət qədər sperma yığılmadan əlaqənin sonlanmasi mümkündür . Bu səbəbdən normaldan daha uzun bir ön sevişmə yaşamanız hamilə qalma ehtimalınızı artıracaq.

Cütlükərin bir digər səhvi isə cinsi əlaqəni müəyyən günlərə sığdırmaq və davamlı olaraq o günlərdə uşağa qalmaq üçün çalışmasıdır. Bir müddət sonra bu vəziyyət bütün həyəcanın yox olmasına və cinsi həyatın monotonlaşmasına səbəb olur.Istəksiz, maraqsızI bir cinsi əlaqədən isə təəssüf ki, lazımlı hormonlar yaranmadığı üçün hamiləlik performansı xeyli aşağı düşər. Buna görə əlaqələrinizi bir az daha təsadüfi və sürpriz olacaq
günlərdə və lazım olsa fərqli otaqlarda yaşayaraq monotonluqdan uzaq olun.

Qadınların yumurtlama, yəni digər adıyla ovulasyon günlərində əlaqə yaşamaları hamiləlik şanslarını artıracaq. Bu
dövrlərdə qadının hormonal tarazlığı də hamiləliyə daha uyğun olduğu və
yumurta hələ yeni olduğu üçün müvəffəqiyyətli bir uşaq etmə cəhdi
reallaşa bilər.

Ayrıca
xüsusilə qalxanabənzər vəzlə bağlı narahatlıqlar başda olmaqla digər
narahatlıqlar da hamiləliyinizə  mane olur .
Çünki
bədəninizin standart sağlam quruluşunun xaricində çalışması həm
gündəlik həyatınızı , həm də cinsi həyatınızı və döllənmə prosesinin normal getməsinə olduqca təsir edir. Hamilə qala bilmirsinizsə 
ümumi bir sağlamlıq kontrolundan keçməniz mütləqdir.

 

 

 

Əvvəlki məqaləSeyrək qaşlardan xilas olmağın 6 yolu
Növbəti məqalədəAxşam saat 6-dan sonra yemək məsləhət deyil.