məişət əşyaları

Günümüzdə bir çox mətbəxdə mikrodalğalı soba var. Amma bir çox hallarda bu qurğudan əsasən yeməkləri isitmək, donmuş yeməkləri qızdırmaq üçün istifadə edilir.

1. Limondan daha çox su əldə etmək olar

Mikrodalğalı sobanın istifadə qaydaları

Limonu mikrodalğalı sobaya qoyun və ən yüksək həddə qədər isidin. 20 saniyədən sonra götürün. Limondan bu üsulla daha çox su əldə etmək mümkündür.

2. Müxtəlif göyərtiləri quruda bilərsiniz

Mikrodalğalı sobanın istifadə qaydalarıCəfəri və nanə kimi göyərtiləri mətbəxdən asıb qurutmaq yerinə 1 neçə dəqiqə mikrodalğalı sobada saxlayın.

3. Sarımsağı soymağı asanlaşdıra bilərsiniz

Mikrodalğalı sobanın istifadə qaydaları

Sarımsağı 15 saniyə ən yüksək istilik dərəcəsində mikrodalğalı sobada saxlayın. Bu, sarımsağı soymağı çox asanlaşdıracaq.

4. Boyat çörəyi təzələyin

Mikrodalğalı sobanın istifadə qaydaları

Boyat çörəyi yaş dəsmala bükün və 10 saniyə isti mikrodalğalı sobada saxlayın. Çörək istədiyiniz hala düşənə qədər bu hərəkəti təkrarlayın.

5. Yumşalmış kartof qızartmasını əvvəlki halına qaytarın

Mikrodalğalı sobanın istifadə qaydaları

Qızardılmış kartofu dəsmala bükün və sobaya qoyun. Dəsmal yumşalmış kartofun nəmini özünə hopduracaq və kartof əvvəlki kimi xırçıldayacaq.

6. İsti kompres etmək mümkündür

Mikrodalğalı sobanın istifadə qaydaları

İsladılmış dəsmalı 1 dəqiqə mikrodalğalı sobada saxlayın. Sonra üzünüzü kompres edin.

7. Meyvələri asanlıqla soymak mümkündür

Mikrodalğalı sobanın istifadə qaydaları

Şaftalı və pomidoru 30 saniyə mikrodalğalı sobada saxlayın. Meyvələri sobadan çıxardıqdan sonra 2 dəqiqə boşqabda saxlayın və soyun.

8. Markaları zərfdən asanlıqla qoparmaq olar

Mikrodalğalı sobanın istifadə qaydaları

Markanın üzərinə bir neçə damcı su tökün. Sonra zərf ilə birlikdə 20-30 saniyə mikrodalğalı sobada saxlayın. Marka asanlıqla zərfdən qopur.

9. Soğanı ağlamadan soymaq mümkündür

Mikrodalğalı sobanın istifadə qaydaları

Soğanın hər iki ucunu kəsib 30 saniyə müddətinə mikrodalğalı sobaya qoyun. Həm soymaq asan olur, həm də gözünüzdən yaş az gələr.

10. Qatılaşmış balı yumşalda bilərsiniz

Mikrodalğalı sobanın istifadə qaydaları

Bal bankasının qapağını açın və mikrodalğalı sobaya qoyun. Yarı gücdə işləyən sobada 2 dəqiqə gözləyin. Qatı balın yumşalacağını görəcəksiniz.

11. Sendviçləri təzələyin

Mikrodalğalı sobanın istifadə qaydaları

Bir gün əvvəl hazırladığınız sendviçləri atmayın. Kağıza büküb mikrodalğalı sobaya qoyun.

12. Mətbəxi pis qoxulardan qoruyun

Mikrodalğalı sobanın istifadə qaydaları

Fındıq, badam, günəbaxan tumu və digə ədəvaları 15 saniyə mikrodalğalı sobada saxlayın. Bütün evin qoxusu dəyişəcək.

13. Üç dəqiqəyə omlet hazırlamaq mümkündür

Mikrodalğalı sobanın istifadə qaydaları

Bir kasada yumurta, süd və pendiri qarışdırın. Duz və qara istiot əlavə edib mikrodalğalı sobada 90 saniyə bişirin. 45-ci saniyədə omleti çevirməyi unutmayın.

14. Ev şəraitində çipsi hazırlayın

Mikrodalğalı sobanın istifadə qaydaları

Kartofu bacardığınız qədər nazik formada dilimləyin. Sonra mikrodalğalı sobada 3 dəqiqə bişirin. İmkan tapdıqca, kartof dilimlərini çevirin.

Əvvəlki məqaləZövqlü geyindiyinizi göstərən amillər
Növbəti məqalədəYaşa uyğun ətri necə seçməli?