gözəllik

Məşhur həkim Aleksandr Myasnikov qadınların sellülitdən qurtulmaq cəhdlərindən danışıb.

Rusiya mətbuatına istinadən xəbər verir ki, məsələyə yarızarafat yanaşan həkim reklam olunan vasitələrin təsirsiz olduğunu xatırladıb.

“Əslində yalnız bir məsləhət var: sellülitlərinizlə maraqlanmayan kişi ilə tanış olmaq. Hər halda portağal belə görüntüsü olduğu üçün depressiyaya düşüb ağlamır. Bu, genetik meyllilikdir”, – ekspert “Rossiya 1” kanalında istehza ilə qeyd edib.

Myasnikov tibbi mənada sellülitin dərinin və dərialtı toxumaların kəskin iltihabı olduğunu, ödəm və qızartı ilə müşahidə olunduğunu xatırladıb.

 

O əlavə edib ki, hər zaman qadınlardan tez-tez bu problemin yaranması barədə şikayətlər eşidir.

Doktorun sözlərinə görə, “portağal qabığı” görüntüsü ​​genetikadan asılıdır. Həkim reklam edilən prosedurların səmərəsizliyini sübut etmək üçün portağalı misal göstərib. Üzərinə qızdırılmış salfet qoysan və ya qaynar suya batırsan, qabığın çöküntüləri bir müddət hamarlaşacaq, ancaq sonra adi hala qayıdacaq. Həkimin qənaətincə, eyni hal insan dərisində də baş verir:

“Özünüzə kompleks etməyin. Tibbi baxımdan “portağal görüntüsü”nün olması normaldır, bu, xəstəlik deyil. Sellülit xəstəlik deyilsə, onunla necə mübarizə apara bilərik? Mən başa düşürəm, indi yüzlərlə qadını məyus etdim. Ermitaj muzeyinə gedib baxın, gözəllik etalonu sayılan heykəllərin hamısı sellülitlə təsvir edilib. Kişilər budunuzun hamar dərisinə yox, nəvaziş dolu baxışlarınıza, mülayim xarakterinizə, sədaqətinizə, ağlınıza aşiq olurlar. Bütün bu xırdalıqlar isə normaldır”.

 

Əvvəlki məqaləEyni anda neçə nəfərə aşiq olmaq olar?
Növbəti məqalədəHər zaman zövqlü görünməyin 5 sirri