gözəllik

Türkiyənin məşhur modeli və pilates mütəxəssisi Ebru Şallı artıq çəkidən xilas olmaqla bağlı vacib tövsiyələr verib.

 Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis dünən Sağam Həyat və Xoşbəxtlik Festivalında qadınlara ruhdan düşməməyi tövisiyə edib:

“Bir qadının əyninə olmayan paltarı arıqladıqdan sonra geyinib və ayna qarşısına keçib özünə baxması onu inanılmaz dərəcədə xoşbəxt edir. Kənardan baxanda əhəmiyyətsiz görünür, amma bu, qadın psixologiyası üçün həqiqətən əhəmiyyətlidir. Danışanda bəzən deyirlər ki, dərdin budur? Daha bilmirlər ki, bu hadisə insanın həyatında hər şeyi tamamilə dəyişə bilər. Belə kiçik hadisələr qadının özgüvənini artıra bilir”.

Modelin sözlərinə görə, hər zaman ideal formada qalmaq istəyən xanımlar oturaq həyat tərzindən uzaq olmalıdır:

“Hərəkət edin, oturmayın. Hərəkət bərəkətdir. Pilləkənlə çıxın, liftdən istifadə etməyin. Mən evdə çox az dincəlirəm. Heç kimdən heç nə istəmirəm. Hər işimi özüm həll edirəm, çox hərəkətli insanam. Təbii ki, idman edirəm, amma hərəkət həqiqətən çox mühümdür. Hərəkət Allahın verdiyi bir gücdür, odur ki, bu gücə laqeyd yanaşmaq olmaz”.

Əvvəlki məqaləDişlərinizi kömürlə yuyun və hər gün… – TƏBİİ GÖZƏLLİYİN 7 SİRRİ
Növbəti məqalədəMükəmməl bədənin 13 QANUNU