Marqaret Tetçer, Hilda Roberts, Dəmir ledi, Böyük Britaniya tarixində ilk qadın baş nazir.
Bu adlar, statuslar…tək qadın. Mirvarini, göy rəngi, sadə və səliqəli geyimi sevən, “Mən dəmir deyiləm, qadınam” deyən, “Bir qadın istəsə, hər şey edə bilər” düşüncəsinə can verən qadın.
1925-ci il də Şimali İngiltərənin Qrantem şəhərində anadan olub.


2003-cü ildə dünyasını dəyişmiş həyat yoldaşı Denisdən sonra Marqaret on il yaşayır. Xəstəliyi səbəbindən “dəmir ledi” son zamanlar ictimaiyyət içərisinə çox az-az çıxırdı. Bir neçə dəfə infarkt keçirmiş M.Tetçer demensiyadan, yəni qocalıq dövrünün əqli zəifliyindən əziyyət çəkirdi. Britaniyanın yeganə qadın baş nazirinin ölümünə səbəb isə insult oldu.
Yuxarıda qeyd etdiklərim ilə yanaşı, mirvarini, kiçik çantaları, əlcəklər və şlyapayları çox sevirdi. Bu detallar mühafizəkar Marqaretin stilinə daxil olsa da, eyni zamanda ona müxtəliflik verirdi.
Son olaraq…
“İlk dəfə 19 yaşımdaykən o, məni Marqo çağırdı… Sonra biz ayrıldıq. O getdi. Getdiyi gündən heç kəsin məni o adla çağırmasına icazə vermədim. Niyə? Çünki mən xatirələrə qayıtmıram, sadəcə unuduram məni unudanları. 30 il sonra Mayamiyə səfərim zamanı camaatın içindən “Marqo” çağıran bir səs eşitdim. Qocalmış, əynində dilənçi günündə kürkü olan biri idi. O, idi. Marqo çağırırdı əvvəlki kimi. Heç nə demədim.
Oteldəki otağıma keçib ağladım. Və onda anladım ki, mən Dəmir-filan deyiləm, sadəcə qadınam!”
Müəllif: Hicran Əliyev