Körpənin zehnini fəallaşdırmaq üsulları barədə
 

Keçmişdə uşağın təfəkkürünün necəliyinə diqqət edilməzdi. Keçmişdə təfəkkürü genetik bir amil kimi qəbul edirdilər. Ancaq bu gün bu amillə yanaşı, uşağı əhatə edən mühit də təsiredən bir meyar kimi qəbul edilir. Bu günün tədqiqatçılarıın nəzərinə görə valideynin uşağın təfəkkürünün formalaşmasında təsiri böyükdür.

Valideynlər üçün ən sadə yol odur ki, körpənin zehnini müxtəlif vasitələrlə təhrik edərək, onun təfəkkürünün inkişafında aparıcı rol oynasınlar. Bu, o mənadadır ki, genetik amillərlə yanaşı, uşağın böyüdü mühit və fəza, qidalanma keyfiyyətinin onun sağlam olmasında rolu böyükdür. Bu məsələ körpənin ilk günlərində və aylarında başqa amillərdən daha mühümdür. Valideynin uşağın hərtərəfli inkişaf etməsindəki rolu böyükdür. Məsələn, valideyn uşağın təfəkkürünü qaldırmaq üçün uşağa müxtəlif oyunlar öyrədir.

Uşaq həyatının ilk illərində onun tərbiyəsi üçün dəqiq proqrama malik olmaq lazımdır. Başqa bir tərəfdən valideynin uşağın müxtəlif hərəkət və əməllərinə diqqət etməsi – təfəkkürünün artmasında təsiredici bir amildir. Lazım deyildir ki, valideyn çətin və qarışıq bir yollardan istifadə etsin. Mühüm olan şey – sadə oyunlar oynamaqdır. Ancaq əsas hədəf uşaqdır. Məntiqi oyunlar uşağın zehni inkişafını artırar. Valideyn bu tərbiyəyə hamiləlik zamanından başlayaraq, 6 yaşına qədər aparmalıdır. Bu mərhələ başa çatandan sonra isə uşağın zehni istifadəyə hazır olar.

Adətən uşağın 10-18 aylarında beyin bağları formalaşır. Sizin uşağa qoyduğunuz təsir nəticəsində beyində olan aparıcı maddə azad olar və beynin inkişafına gətirib çıxarar. Sizin uşağa qarşı laqeydliyiniz isə bu bağların qırılmasına və hüceyrələrin arasında olan rabitələrin kəsilməsinə səbəb olar. Onu yeni işlər görməyə soyudar.

Uşağın ilk mərəhələdə tərbiyəsində valideynin diqqətli olması çox mühümdür. Belə ki, uşağın hər rəftarına və hərəkətinə reaksiya verməlidir. Məsələn, körpə ilk dəfə olaraq, hansısa kəlməni deyirsə, ola bilsin ki, anası həyəcanlanaraq, qışqırsın. Ancaq bu planlaşdırılmamış bir hərəkətdir, lakin körpənin sevinməyinə gətirib çıxarar. Ona görə valideynlər bilməlidirlər ki, körpələrinə verdikləri şey nə qədər mühüm və təsiredicidir. Onu nəzərə almalıyıq ki, uşağın həyatının ilk altı ili onun gələcək həyatı üçün çox mühümdür. Xüsusilə də 2 yaşına qədər körpənin beynində miyardlarla rabitə yaranmış olur. Əgər bu rabitələrin sayı az olarsa, gələcəkdə ondan istifadə etmək qeyri-mümkün olar.

Körpənin təfəkkürünün inkişaf etdirilməsi elə də çətin bir iş deyildir. Xüsusi qarışıq qaydalara ehtiyac yoxdur. Uşağın gözünə diqqətlə baxmaq, ona mehribanlıq göstərmək, sevgini hiss etdirmək, uşaqla danışmaq və onu dinləmək, uşağın rəftarındakı kiçik dəyişikliklərə diqqət etmək – bütün bu sadə üsullar uşağın zehni inkişafında aparıcı rol oynaya bilər.

Uşaqla söhbət etmək – mühüm bir amildir. Dil – uşağın zehninə təsir edən ən aparıcı qüvvələrdən biridir. Bu, o deməkdir ki, dil və danışıq vasitəsilə uşağa düzgün danışmaq öyrədilir və onun danışıq istedadları inkişaf etdirilir. Siz körpə ilə söhbət edərək, ilk aylarından onun danışımaq təfəkkürünü inkişaf etdirə bilərsiniz. Bunları deməkdə məqsəd odur ki, biz hamımız bu sadə yollardan istifadə edərək, körpəmizin əqli inkişafına yardım edə bilərik. Bu məsələdə bir qədər hövsələ və səbrə ehtiyac vardır.

Əvvəlki məqaləİsti yay aylarında necə qidalanmalı?
Növbəti məqalədəUşağını bağçaya qoymamışdan öncə mütləq bu yazını oxu!