
Həyatdan fərqli gözləntilərinizin olması
Partnyorunuz ilə olduqca yaxşı vaxt keçirdiyinizi, birlikdə çox əyləndiyinizi və bəlkə də hər şeyin qüsursuz getdiyini düşündüyünüz bir anda tərk edilmisinizsə, bu ayrılığın altında yatan ən vacib səbəb həyatla və münasibətinizlə bağlı fərqli gözləntilərə sahib olmağınız ola bilər. Sizin münasibətdən əsas gözləntiniz elə birlikdə xoş vaxt keçirmək olduğu halda, ola bilər ki, onun gözləntisi daha ciddi bir münasibətdir. Ya da tam əksinə.
İnamsızlıq
Ətrafınızdakı insanların münasibətinizə daxil olması
Qadınların münasibətlərində ən çox etdikləri səhv ailələrinin və dostlarının fikirlərini həddindən artıq nəzərə alıb, bunları münasibətlərinə köçürmələridir. Hər nə qədər ailəniz sizi yaxşı tanısa da, münasibətin içində sadəcə ikinizin olduğunuzu və yaşadıqlarınızı sizdən başqa heç kəsin sizin qədər anlamayacağını nəzərə alın. Əks təqdirdə sevgiliniz sizdən uzaqlaşa bilər.
Xəyanət
Xüsusilə uzunmüddətli münasibətiniz birdən-birə sonlandısa, böyük ehtimalla səbəb sizin onun üçün doğru insan olmamağınızdır. Sizi nə qədər sevsə də, uzun müddət davam edən bu münasibətin sonunda bütün ömrünü keçirmək üçün sizin doğru insan olmadığınızın fərqinə varmış ola bilər. Əlbəttə bunu açıq-açıq demək çətindir, hətta bunu özünə etiraf etməkdə belə çətinlik çəkə bilər.