İştah kəsən 5 qida

Yumurta
  

Ən əhəmiyyətli zülal qaynaqlarından biri olan yumurtanın uzun müddət toxluq hissi verdiyi və kalorisinin aşağı olduğu elmi araşdırmalarla sübut edildi! Səhər yəməyinizdə bir ədəd qaynadılmış yumurta yeməklə həm aclıq hissindən xilas ola, həm də gündəlik zülal ehtiyacınızı tamamlamış olarsınız.
Yaşıl çay

İştah kəsən 5 qida
 
Bədəninizin zəhərli maddələrdən təmizlənməsini, hüceyrələrinizin yenilənməsini təmin edən yaşıl çay; bədəninizin iş sürətini artırır və uzun müddət tox hiss etmənizə köməkçi olur. Gündə 1-2 fincan yaşıl çay içərək həm enerjili hiss edə, həm çox kilolardan xilas ola, həm də toxluq hiss edə bilərsiniz.
 
Badam
 

 Vitamin və minerallarla zəngin olan badam; tox qalmanızı, sağlam dəri və saçlara sahib olmanızı təmin edir və omeqa-3 yağ turşuları sayəsində ürəyinizin sağlamlığını qoruyur. Elmi tədqiqat nəticələri, nizamlı olaraq gündə 5-6 ədəd badam qəbul edən qadınların, qəbul etməyənlərə görə daha asan kilo verdiyini göstərir.    

Sirkə

 

Bədən sağlamlığından gözəlliyə, kilo vermədən ev təmizliyinə qədər bir çox mövzuda möcüzələr təmin edən sirkə; iştah kəsməyə və uzun müddət tox hiss etmənizə də köməkçi olur! Sirkənin içində olan sirkə turşusu, mədənin həzm sürətini yavaşladır və bu sayədə daha uzun müddət tox hiss etmənizi təmin edir. Salatlarınıza, yeməklərinizə sirkə əlavə edərək həm ləzzət, həm də səhiyyə qatın!

Darçın
Gözəl qoxusuyla duyğularınızı hərəkətə keçirən və enerji verən darçın, elm adamlarının marağını çəkdi və üzərində ətraflı araşdırmalar edildi! Elmi araşdırma nəticələrinə görə darçın, aclıq hissinə səbəb olan qan şəkərinin sürətli yüksəlib düşməsini və buna bağlı olaraq uzun müddət tox hiss etmənizi təmin edir. Bir neçə dilim almanın üzərinə darçın səpib, ara yeməklərinizdə və aclıq hiss etdiyinizdə çəkinmədən yeyin; həm tox qalacaq, həm də kilo verəcəksiniz.
Əvvəlki məqaləCinsi həvəsi gücləndirən bitkilərin siyahısı
Növbəti məqalədəBu qidalar, dəmir əksikliyini minimuma endirir-SİYAHI