İncə fiquranın yolu 3 meyvədən keçir

Sizcə bütün meyvələr eyni cürə yaradılıb? Gəlin, birlikdə kiçik təcrübə aparaq, baxaq görək hansı meyvə və giləmeyvələr antioksidantlarla zəngindir, daha çox enerji xərcləməyə də kömək edir! Sağlamlıq və gözəlliyiniz üçün sizə 3 yay meyvəsini təqdim edirik.

İncə fiquranın yolu 3 meyvədən keçir

Qaragilə

Qaragilə həm sağlamlıq, həm də gözəl fiqura üçün ən faydalı giləmeyvədir. Bu giləmeyvə ürək- damar sistemini gücləndirir, görməni yaxşılaşdırır, qanda xolesterol və şəkərin miqdarını tənzimləyir. Bütün bunlarla yanaşı o aclıq hissini də aradan qaldırır. Buradan da belə nəticəyə gəlmək olar ki, onu mütləq rasionunuza əlavə etməlisiniz.

Alma

Bir növ vitamin anbarı rolunu oynayır. Yaşıl və qırmızı rəngli olanları daha çox manqan və kaliumla zəngindir. Bu vitaminlər isə qanda artıq olan xolesterolu göstərməyə kömək edir. Qırmızı və yaşıl rəngə sahib almalar asanlıqla aclıq hissini yatırdır, maddələr mübadiləsini təkmilləşdirir, az miqdarda kaloriyə sahibdir və kilo atmağa kömək edir. Almanın alternativi isə armud ola bilər.

Üzüm

Üzüm sidikqovucu təsirə malikdir. Buna görə də, tez-tez detoks proqramlarında istifadə olunur. Onun giləmeyvələrində polifenol var ki, bu da, cavanlaşdırıcı təsirə malikdir.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləKərəviz ilə arıqlayın
Növbəti məqalədəUlduz falı – 11 iyul