Ideal bədən hər bir xanımın arzusudur. O ideallığa çatmaq isə heç də çətin deyil. Gündə sadəcə20 dəqiqənizi sərf edərək təqdim etdiyimiz 4 əsas hərəkəti etməyiniz kifayətdir.

Boyun və çənə məşqləri

Boyun və çənə dərisinin möhkəm olmaması qadının yaşına 5 il də əlavə edir. Digər hissələrdəki problemləri geyimlə ya da nəsə başqa bir vasitə ilə örtmək olursa, boyun və çənədəki problemləri gizlətmək mümkün olmur. Amma sadə hərəkətlərlə siz boyun hissənizin cavanlığını özündə saxlaya bilərsiniz. Bunun üçün barmaqlarınızı hər iki çiyninizə qoyun və barmaqlarınızı çiyinlərinizdən ayırmadan onları aşağı çəkin. Nəticədə boynunuz da, gəriləcək və dartılacaq. Ona qədər sayıb dərin nəfəs alın. Bu məşqi 15 dəfə təkrarlayın. Əllərinizi aşağı salın və bədəninizi rahatladın. Çənə dərisini isə möhkəmlətmək üçün isə kompleks məşqlər var. Əllərinizi çənənizin altına yumruq şəklində yerləşdirin. Ağzınızı azca açın. Və əllərinizlə çənənizi sanki yuxarı qaldırırmış kimi edin. Bu hərəkəti də 15 dəfə təkrarlayın.

Gözəl əllər üçün məşqlər

Bu hərəkəti oturaraq yerinə yetirməlisiniz. 1.5-2 kq olan ağırlıq qaldıranı hər iki əlinizə alırsınız. Dirsəklərinizi bükün ki, ağırlıq aləti çiyinlərinizlə mütənasib olsun. Yavaş-yavaş əllərinizi düzəldib başınızın üzərinə qaldırın. Əlləriniz yuxarıda olanda dirsəkləriniz tam açılı olsun. Sonra yavaş-yavaş başlanğıc vəziyyətə qayıdın. Bu məşqi 15 dəfə də təkrarlamaq lazımdır.

Sinə əzələlərini möhkəmləndirmək üçün məşqlər

Qadının sinəsi piy toxumalarından ibarətdir və hər dəfə çəki alıb-atanda onun elastikliyi, forması pozulur. Lakin bəzi məşqlər var ki, onların köməyi ilə siz sinənizin formasını düzəldə, onu möhkəmləndirə bilərsiniz. Bu hərəkət üçün sizə bir stul və ya pilates topu lazımdır. Stul və ya topun üzərində kürəyiniz üstündə uzanın, ayaqlarınızı isə düz saxlayın. Hər iki əlinizi də maksimum başınızın üzərinə qaldırın. Dərindən nəfəs alın, əllərinizi endirəndə isə mədənizi sıxın. Başlanğıc nöqtəyə qayıdın və rahatlanın. Bu məşqi 12 dəfə olmaqla hər dəfəsində 4 set edin.

Ayaqlar üçün məşqlər

Kürəyinizin üzərində uzanın. Dizlərinizi bükülü saxlayın, əllərinizi isə bədəniniz boyunca uzadın. Yavaş-yavaş başlayın gövdənizi qaldırın. Çalışın sadəcə başınız qalxsın. Sonra isə yavaş-yavaş əvvəlki vəziyyətə qayıdın. Bu məşqi isə 20 dəfə təkrarlayın.