Hamiləlikdə diqqət yetirilməsi lazım olan 10 qayda

Qidalanmadan geyimə qədər əməl edəcəyiniz qaydaları AzadQadın.az sizlərlə paylaşır.

Ana olmağa hazırlaşan hər qadının  40 həftə davam edən hamiləlik boyunca bəzi qaydalara əməl etməsi  lazımdır. 
1. Hamiləlik dövründə hamilələrin  almaları  lazım olan ideal kilo 9 – 12 kilo arasında olmalıdır.  
 2.Hamiləliyin xüsusilə ilk üç ayında, professional nəzarət  olmadan edilən idmanda səhv bir hərəkət düşüyə səbəb ola bilər. 
3. Hamiləlikdə spirt və siqaret qəbulu  yalnız ananın  sağlamlığına  mənfi təsir etmir, həm də  erkən doğum, körpədə inkişafın gecikməsi,  zəka geriliyi,  üzdə eybəcərlik  kimi problemlərə səbəb olur.
 4. Turşulu və qazlı içkilər, əslində həzm edə bilməyib atılacaq qidaların da parçalanaraq yığılmasına səbəb olduğundan, çox kilo alışında ciddi rol oynayır. 
5.  Saf şəkər heç bir qida dəyəri olmayan enerji qaynağıdır. Hamiləlikdə şəkər istehlakı, ideal kilonu qorumağa mane olmaqla bərabər, yüksək şəkər səbəbiylə baş verən düşüklərə, körpə ölümlərinə,  çətin doğum və qeysəriyyə ilə doğum ehtimalının yüksəlməsinə, doğum əsnasında körpənin qan şəkərində düşmə, qandakı kalsium səviyyəsinin düşməsi, ağciyərlərində inkişaf problemi üzündən tənəffüs çətinliyi çəkilməsi, sarılıq kimi ciddi simptomlara da səbəb ola bilir. 
6.  Hamiləlik müddətində çoxlu çay və su qəbulunun  körpələrin beyin inkişafına mənfi  təsir etdiyi, düşük, körpədə böyümə geriliyi və uşağın irəlidəki həyatında uzun illər davam edən davranış pozuqluqlarına səbəb ola bilər.
 7.  Sosiska, kolbasa kimi işlənmiş qidalarda olan  qatqı maddələri toksik maddələrin meydana gəlməsinə səbəb olduğundan həm körpə, həm ana üçün zərərlidir. 
8.  Çox duz qəbulu  şiş meydana gəlməsi və şişkinliyə səbəb olar. Hamilələrin kifayət qədər  duz istehlak etməsi böyrək sağlamlığı baxımından əhəmiyyətlidir. Hamiləlikdə həddindən artıq duz istifadəsi təzyiqi yüksəldə bildiyi üçün preeklampssi deyilən hamiləlik zəhərlənməsinə səbəb ola bilər. 
Preeklampsi müalicə edilməzsə ana və körpə ölümlərinə səbəb ola bilər.
 9.  Qarın bölgəsini içinə almayacaq  və uterus üzərinə təzyiq etməyəcək tipdə corab və tayt geyilə bilər. Büsqalterlər asıcı xüsusiyyətdə olmamalıdır. 
10.  Hamiləlik əsnasında sauna,  hamam və uzun müddət günəş vannası qəbul etmək kimi bədəni həddindən artıq qızmasına səbəb  vəziyyətlərdən çəkinmək lazımdır. 
Əvvəlki məqaləUşaqlarınız üçün təhlükəli olan qidalar
Növbəti məqalədəSaç ağarmasının qarşısını alan maskalar