Hamiləlik zamanı parasetamol ziyandırNorvegiya İctimai sağlamlıq institutunun alimləri xəbər verir ki, hamiləlik zamanı parasetamolun qəbulu uşaqda gələcəkdə astmanın inkşafı riskini artırır.

Alimlər vurğulayıblar ki, parasetamol hamilə qadınlar arasında ən populyar dərmanlardan biridir və qadınlar bu dərmandan yüksək hərarət  və ağrılar zamanı tez-tez istifadə edir.
Alimlər 1 mln.-dan artıq uşaqların sağlamlığını analiz ediblər. Məlum olub ki, parasetamolun hamiləlik zamanı qəbulu uşaqlarda astmanın riskini xeyli artırır (xüsusilə hamilə qadın bu dərmandan bir neçə dəfə istifadə etdikdə).
Alimlər qadınlara hamiləlik zamanı parasetamolu yalnız çox ciddi səbəblər olduqda və həkimlə məsləhətləşdikdən sonra qəbul etməyi tövsiyə edirlər.
Nəzərinizə çatdıraq ki, parasetamol bir çox hərarətsalan və ağrısızlaşdıran dərmanların tərkibinə daxildir.
Əvvəlki məqaləDişlərin sağlamlığı niyə bu qədər vacibdir?
Növbəti məqalədəBu xəstəlik hər üç xanımdan birində var…