Hamiləlik çatlarıni aradan qaldıran təbii vasitələr

Uzun müddət davam edən hamiləlik zamanı meydana gələn və artıqlaması ilə qadınıların əhvalına bir başa mənfi təsir göstərən dəri problemləri içərisində hamiləlik çatları önəmli yer tutur. Xanımlarda kompleks yaradan bu çatları əslində bir sıra təbii vasitələrlə aradan qaldırmaq mümkündür.

 

Bunun üçün ev şəraitində hazırlaya biləcəyiniz olduqca praktik maska reseptləri mövcuddur. İlk öncə işə düzgün qidalanma ilə başlamaq lazımdır. Tez-tez cəki alıb yeniden vermək sağlamlığa zərərli olduğu qədər dəri üçün də cüzi də olsa belə müəyyən mənfi təsirlərini göstərəcəkdir. Bu səbəbdən də dietoloqla məsləhətləşmədən pəhrizə oturmağa can atmayın. Bununla yanaşı idmanla məşğul olmaqdan yayınmayın, kifayət qədər su qəbul edin. Bütün bunlar yeni çatların əmələ gəlməsinin qarşısını alır.

 

 

Hamiləlik çatlarıni aradan qaldıran təbii vasitələr

 

Artıq mövcud olan çatların aradan götürülməsi üçün isə bəzi maskalardan istifadə edə bilərsiniz:

 

1. Kakao yağı, kətan yağı və qliserin yağlarını bərabər ölçüdə qarışdırın və problemli nahiyyələtə hər gün mütəmadi olaraq sürtün.

 

2. 2 çay qaşığı zeytun yağı, 2 çay qaşığı badam yağı və 2 çay qaşığı çörəkotu yağlarını qarışdırın və çatların daha çox olduğu nahiyyələrdə massaj edici hərəkətlərlə dəriyə yeridin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

 

Sadalanan bu vasitələrdən istifadə etmiş olsanız hamiləlik çatlarından nəzərəçarpacaq dərəcədə azad ola biləcəksiniz.

Əvvəlki məqaləUşağın immunitetini necə gücləndirmək olar?
Növbəti məqalədəErkən doğulan uşaqların yaşamaq şansı nə qədərdir?