Hamilələr yay aylarında necə qidalanmalı və necə hərəkət etməli?

Hamilələr yay aylarında necə davranmalı necə yaşamalı hansı tövsiyyələrə əməl etməlidir?

Yay aylarının gətirdiyi dəyişikliklərdən ən çox çətinlik çəkəcək olanlar heç şübhə yox ki, bu dövrü hamilə olaraq keçirəcək olan ana namizədləridir. Qarnında dünyaya gətirmək üzrə daşıdığı körpəsi ilə iki canlı yaşamaq məcburiyyətində olan və bu mövzuda müəyyən çətinliklər yaşayan ana namizədləri, isti havaların təsiri ilə də bəzi zamanlarda, bəzi dayananılmazlıqlar yaşaya bilərlər. Amma artıq bu mövzudan qorxmağa və stress halına gətirməyə ehtiyac yoxdur deyə düşünürəm. Belə ki, Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi  Dr. Aişə Quru, hamiləliyi yay aylarına düşən ana namizədlərinə həqiqətən rahatlaşdırıcı məlumatlar təqdim edir. Əgər sizlər də bu yay dövrünü hamilə olaraq keçirəcəksinizsə, bu məlumatları izləyərək bu məqsədinizə asanlıqla çata bilərsiniz. Hamiləliyin fizioloji bir müddət olduğunun vurğulayan Dr. Quru, “Xüsusilə yay ayları hamiləliyin ilk və son aylarını yaşayan ana namizədlərini bir çox çətinliklər qarşısında qoyar . Həddindən artıq isti və nəm, bəzi sağlamlıq problemlərini də ortaya çıxarar. İsti basmaları, əl və ayaqda yanmalar, allergik problemlər,  ürək bulanma və qusmalarda artım, halsızlıq, yuxusuzluq və nəfəs darlığı ən sıx rast gəldiyimiz problemlərdir.

 Bu dövrdə ana namizədinin qidalanmasına, geyiminə, təmizliyinə daha çox diqqət yetirməsi lazımdır.

Yay dövrü hamiləliyin son üç ayına rast gəlirsə hamiləlik çətinlikləri daha çox narahatlığa səbəb ola bilər. Alınan həddindən artıq kilolar və şiş, nəfəs almanı xeyli çətinləşdirə , hərəkət qabiliyyətini azalda bilər. Xüsusilə, isti yay axşamlarında alınan ilıq duş; yuxusuzluq, isti basması probleminiz varsa sizi fizioloji və  psixoloji olaraq rahatlaşdıracaq.” deyə danışdı.

 

Hamiləliyinizin ilk və son ayları yay mövsümünə rast gəldisə…

Birbaşa günəş altında qalmayın. Hamiləlikdə ifraz olunan bəzi hormonlar günəş şüalarına qarşı dərinin həssaslığını artıraraq xüsusilə üz və qarın bölgəsində qəhvəyi ləkələnilmələrə səbəb ola bilər.

Günəş şüalarının pik olduğu 11.00-15.00 saatları arasında günəşə çıxmayın.

Şapka və yüksək faktorlu günəş kremi istifadə edin.

İsti havalar səbəbiylə tərlə itirilən maye miqdarı artdığı üçün gündə ən az 2,5 litr maye alın. Maye ehtiyacını qarşılamaq üçün su, mineral su, təzə meyvə suları və ayranı seçin.

Hamiləlikdə bədən müqaviməti düşdüyü üçün bəzi infeksiyalar meydana gələ bilər. Xüsusilə genital bölgənin nəmli qalması, göbələk infeksiyası üçün zəmin hazırlayar. Buna görə pambıqlı paltarları seçin.

Tər əmici, rahat, yüngül, asan dəyişdirilə bilən və  tez-tez yuyula bilən geyimlər geyinin.

Bol -bol gəzin və üzün. Üzmə ilə bədənin az qala bütün əzələləri zərər görmədən işləyər və psixoloji olaraq rahatlayarsınız.

İnfeksiya ehtimalını göz ardı etməyib, hovuz yerinə dənizə girməyi seçin.

İlk 3 ay uşaqsalma və son 3 ay erkən doğum təhlükəsi səbəbi ilə mümkün olduğunca uzun səyahətlərdən qaçın. Təyyarə səfəri sizin üçün daha etibarlıdır.

Uzun davamlı səfərlərdə ayaqlarınızda şişmələr ola bilər, 2 saatda bir fasilə verərək qısa gedişlər edərək qan dövranınızı qaydasına salın…

 

 

Hamilələr yayda necə qidalanmalı?

  Yay üçün qidalanma təklifləri:

Yay aylarının gəlməsi ilə birlikdə dəyişən hava şərtləri, bu dövrü hamilə olaraq keçirəcək olan ana namizədlərini işini bir xeyli çətinləşdirər. Bu çətinliyə qalib gəlmək isə tamamilə yay hamilələrinin əlində, bu yayı hamilə olaraq keçirəcək olan ana namizədləri doğru olaraq qidalanaraq yay aylarını rahatlıqla keçirə  bilər  deyə düşünürəm…

 

Yaxşı bu yayı hamilə olaraq keçirəcək olan ana namizədləri tam olaraq necə qidalanmalıdırlar?

Gəlin mütəxəssis fikirlərinə birlikdə baxaq, Azadqadınlılıarım… Kalsium baxımından zəngin olan qidaları nizamlı olaraq istehlak etməlisiniz və gündə içdiyiniz su miqdarını 10 stəkandan aşağıya endirməməlisiniz. Hər gün bir boşqab ətli tərəvəz yeməyi yeməlisiniz. Ayrıca quru paxlalıları C vitamini cəhətdən zəngin meyvə və tərəvəzlər də istehlak etməlisiniz.Təzə tərəvəz və meyvə istehlak etməli və hazır meyvə suları və qazlı içkilər yerinə təzə sıxılmış meyvə suları, ayran, bitki çayları, meyvənin özü ilə edilmiş kompotlar içməlisiniz.

 

 

 

Hamilələr yay aylarında necə qidalanmalı və necə hərəkət etməli?

 

 

 

 

 

Kolbasa, sosiska  kimi qatqı maddələri və həddindən artıq duz istifadə olunan yeməkləri mümkün olduğu qədər az yeməlisiniz. Quru meyvələr , sıx enerjiləri yanında dəmir və kalsium kimi minerallardan zəngin olduğu üçün qidalanmada uyğun şəkildə alınan kilo nəzarət edilərək istehlak edilməli. Yeməklərdə şübhəsiz yodlu duz istifadə edilməlidir. Təbii qidalar ilə kafi alınmayan yod, ancaq yodlu duz istifadə edilməsi ilə alınar. Tərəvəzlərin, makaron və əriştənin, mərcimək, noxud və quru paxlanın qaynatma suları tökülməməli və bu yeməkləri əvvəldən yuyulub isladıldıqdan sonra bişirməlisiniz. Yenilən yeməklərin bəsləyici dəyərini qorumaq və xüsusilə qan azlığınının qarşısını almaq baxımından yeməklərlə birlikdə çay, qəhvə içməməli yemək yedikdən bir-iki saat sonra açıq olaraq içilməli, içki olaraq cökə, nanə, çobanyastığı kimi bitki çayları seçilməli. Bəkməz(doşab), dəmir, minerallarla zəngin olduğu üçün mütləq tükətin.

P.S İnşallah bütün bu istilərə və çətinliklərə rəğmən körpənizi sağ-salamat dünyaya gətirərsiniz…

Əvvəlki məqaləDünyanın ən xoşbəxt insanları
Növbəti məqalədəUşağın iştahası yoxsa nə etməli?