Hamilə Psixologiyası

Gənc yaşda və ilk dəfə ana olacaq qadınlarda körpəsinə qayğı göstərə bilməmək narahatçılığı müşahidə edilir.
Ana namizədləri körpə sahibi olmağın gətirdiyi xoşbəxtliyin yanında hamiləliyin gətirdiyi hormonal dəyişmələr və özünü gözləyən məsuliyyət təzyiqi ilə mənfi duyğular da inkişaf etdirə bilməkdədir. Bu dövrdə ekoloji faktorlar da ana namizədinin psixoloji vəziyyəti üzərində təyin edici olmaqdadır.

Hamilə psixologiyası

Xüsusilə gənc yaşda və ilk dəfə ana olacaq qadınlarda körpəsinə qarşı borcunu ödəyib-ödəyə bilməyəcəyi narahatçılığı müşahidə edilir. Bu vəziyyətdə ana namizədinin yaxın ətrafına böyük iş düşməkdədir. Ana namizədinin əhvalının düzəlməsi üçün çalışmalı , tək olmadığı və heç nəyin yolunda getməməsi üçün heç bir səbəb olmadığı izah edilməlidir.
Hamilə qadınlar aylar irəlilədikcə artan çəkilər və get-gedə pozulan bədənləri səbəbiylə də kədərə qapıla bilərlər. Həyat yoldaşları tərəfindən bəyənilməmə qorxusu və köhnə bədənlərinə qovuşa bilməyəcəkləri qayğısı çiyinlərinə əlavə stress yükləyər. Ancaq sağlam və şüurlu bir hamiləlik yaşayan ana namizədləri həm çox kökəlməz, həm də doğumdan sonra sürətlə əvvəlki bədənlərinə(çəki mənasında) geri qayıdarlar. Sağlam hamiləlik yaşamanın başlıca şərti də çaxnaşmaya qapılmamaq və məlumatlı olmaqdır.Həkimin təklif etdiyi məşqləri nizamlı olaraq tətbiq etmək, iş və ictimai həyata davam edə bilmək bu müddətdə yaşana biləcək stress səviyyəsini azaltmada əhəmiyyətli bir faktordur.

Hamilə psixologiyası

 

Riskli hamiləliklərdə isə vəziyyətin idarəsi daha çətindir.
Bütün bu izah etdiklərimizə bağlı olaraq pessimizm, əsəbilik, depressiya bu dövrdə sıxlıqla rast gəlinir. Bir çox evlilik bu müddətdə böyük yaralarla zədələnir. Bu səbəblə ata namizədi anlayışlı olmalı, ana namizədi də rahatlama üsulları ilə sakinliyini qorumağa çalışmalıdır. Bu dövrdə özünə zaman ayıra bilən, mənfi düşüncələrini idarə ədəbilən, həkiminin təklif etdiyi şəkildə nizamlı məşq edən, hamilə olmanın kefini çıxaran ana namizədi stressdən daha asan bir şəkildə uzaqlaşa bilməkdə və problemlərin öhdəsindən gələ bilməkdədir.
Ana namizədləri bu dövrdə psixoloji problemləri ən aşağı səviyyəyə endirmək üçün əvvəl özlərini ərköynləşdirməli, əyləncəli zaman keçirəcək fəaliyyətlər yaratmalı, narahatçılıqlarını yaxınları ilə paylaşmalı, həkimindən başqa digər şəxslərdən gələn  mənfi xəbərdarlıqlara, batil inanışlara qulaq tıxamalı, açıq havada gəzməli, kifayət qədər  yatmalı,  özünü həmişə sakit və dinc tutmağa diqqət yetirməlidir. Başqa bir deyişlə 9 ay boyunca öz üsulları ilə özünü sakitləşdirməyi  bacarmalıdır.
Unudulmamalıdır ki,bütün analarda körpələrini sağlam bir şəklidə böyüdəcək analıq instinkti vardır. Müasir dünyada hər cür məlumata, müasir baxım vasitələrinə və sağlamlıq mərkəzlərinə çatmanın asanlığı buna əlavə olununca narahatlıq faktorunun gərəksizliyi görüləcək.
Əvvəlki məqaləGüclü dırnaqlar üçün məsləhətlər
Növbəti məqalədəUşaqlar hansı yaşda hansı idman növü ilə məşğul olmalıdır.