Gur saçlar üçün məsləhətlər

saçlara qulluq

 

Saçlarımızın bizlər üçün nə qədər qiymətli olduğu məlumdur. Düzgün və işıltılı saçlara sahib olmaq hamımızın arzusu olsa da, genlərimizdən gələn bir çox faktordan asılı olaraq saçlarımız bəzən şəklə sığmaz hal ala  bilir və qabarıq saçlarla gəzmək artıq gündəlik həyatımızın  bir parçasına çevrilir. Ancaq qabarıq saçları da saça zərər vermədən şəkilli hala gətirmək və  gözəl görünməsini təmin etmək mümkündür. Sizlər üçün verəcəyimiz bu tövsiyələr qabarıq saçlar üçün gözəl nəticələr verəcəkdir.

 

 Unutmamanız lazım olan ilk iş saçlarınızı çox rahat buraxmamaqdır. Əlbəttə onlara zərər gəlməsini istəmirik, amma tamamilə təbii bir şəkildə buraxmaq və gündəlik baxımlarını gerçəkləşdirməmək saçların gündən-günə daha çox qabarmasına və şəkil almamalarına səbəb olacaq. Nizamlı olaraq saçlarınıza tətbiq etdiyiniz müxtəlif maskalar və baxım məhsulları sayəsində, həm saçın  qidalanmasını təmin edə bilərsiniz, həm də daha asan forma almalarına köməkçi olarsınız.


Saç baxımınızda qətiliklə saç düzləşdirici ya da ütü kimi alətlərdən istifadə etmiyin. Bu məhsullar saçlarınızın sahib olduğu bütün canlılığı yox etməklə, baxımınızın  boşa çıxmasına səbəb olacaqdır. Fen çəkmənin belə saçlara verdiyi zərəri nəzərə alsanız, hər cür  əməliyyatlardan saçlarınızı uzaq tutmanız lazımdır. Mütləq ki, fen çəkmək məcburiyyətindədirsə, xüsusilə ion xüsusiyyətinə sahib olan və saçlarınızın elektriklənməsini önləyən cihazları seçim edə bilərsiniz.

Əgər yuxudan qalxar – qalxmaz saçlarınızı tənzimləmə işinə girişirsəniz bunun nə qədər çətin olduğunu görəcəksiniz. Bütün gecə boyunca dağınıq şəkildə qalan saçlarınızı bir neçə dəqiqə içərisində şəklə soxmaq qeyri-mümkündür və bu səbəblə gecə yatarkən heç olmasa bir toppuz edərək saçlarınızın şəklini qorumasını təmin etməlisiniz. Bütün gecə boyunca nəzarət altında tutulan saçlar səhər yalnız bir neçə hərəkət nəticəsində formaya düşəcək..

Çox isti və ya çox soyuq günlərdə saçlarınızın ehtiyac duyduğu nəm hava şərtləri səbəbiylə itə bilər və bu səbəblə quruyan və daha da qabaran saçlarla baş-başa qalarsınız. Marketlərdə satılan bir çox saç nəmləndirici məhsulu tövsiyə edildiyi şəkildə istifadə etsəniz saçlarınızın nəmini qoruya bilər və daha həcmli ancaq düzgün dayanmalarını təmin edə bilərsiniz. Saçlarınızın çox baxımda da az baxımda da pis görünəcəyini unutmamalı və bu işin nizamını boş buraxmamalısınız.

 

Əvvəlki məqaləXərçəng xəstəliyinin ilkin əlamətləri
Növbəti məqalədəUşağın cinsinin planlaşdırılması