Güclü insan kimdir?

insan 

Güclü insan kimdir?

Güclü
insanı tanımaq üçün bir çox dəyişik şeylər irəli sürülmüşdür. Bu günə qədər
sakit, səssiz, öz halıyla başqalarını incitməkdən çəkinən insanlar, həmişə zəif
görünmüşlər. Vuran-yıxan, çəkilərində ağır olanlar güclü olaraq tanınmışlar.
Ayrıca pul gücünə istədiyini ala bilən insanlara da güclü insan deyirlər.

 

Ancaq
modern bir psixoloq bu mövzuda maraqlı bir fakt irəli sürmüşdür. Artıq əsəbləşən,
qıran, qışqıran, hamı ilə dava edən güclü insan sayılmır. Belə insanlar əllərində
olan gücü itirmək qorxusundadırlar. Onların da qorxuları, inamsılıqları və
narahat olduqları bir şeylər vardır. Qorxu və inamsızlıq olan insanlar güclü
ola bilərmi?

Güclü insan kimdir? 

Güclü
insan heç bir şeydən qorxmayan, əksikliyini duymayan, özünə güvənən biri
olmalıdır. Ən böyük cavabdehlik qarşısında çıxış yolu tapanlar birincilərdir.
Qorxmayan insanlar, heç kimdən asılı olmayan,
özünə güvənən insanlardır.

 Güclü insan kimdir?

Zəif
insan hər zaman güclü görünməyə çalışır. Bu zəifliyini biruzə vermək istəmir, tərifdən
çox xoşlanar. Əhatələrində həmişı yaxşı biri kimi tanınmasını istərlər və
onlara önəm verməyən insanları həmişə aşağı səviyyədəki kimi qələmə verərlər.

Güclü insan kimdir?

 Gücsüz
insanlara xətalarını qəbul etdirmək mümkün deyil. Hər kəsin xəta edə biləcəyinin
fərqində deyillər.  Başa düşmürlər ki,
insan xəta edərək səhvlərini başa düşərlər və irəli getmək üçün çalışarlar. Həqiqətən
güclü insan, həyatda xəta etməkdən qorxmaz,
bunu  həyatın bir sınağı kimi qəbul
edib, səhvin düzəltməyə çalışar.

Güclü insan kimdir?

 

Gücsüz
insanlar isə hər şeyə hakim olmaq, başqalarının onun haqda yaxşı fikir söyləməsini
istərlər. Həmişə hüzursuzluq içində yaşadıqlarından, başqalarına da hüzursuzluq
verərlər. Çünki, qısqancdırlar.

Güclü insan kimdir?

 

Güclü
insan hirsini boğar. Zəif insan isə hirsə qapılaraq zaman-zaman etibarını itirər
və özünü daha da aşağı vəziyyətə salar. Güclü insan, sevgi dolu, xoşbəxt və
bacarıqlıdır. Zəif insan isə Don Kixot sayağı xəyal olaraq düşmənlərini yıxar və
beləliklə ömrünü bədbəxt şəkildə davam etdirər.

Güclü insan kimdir?

 

Araşdırmalar
sübut etmişdir ki, sakit şəkildə, soyuqqnlı formada ifadə edilən doğrular daha
asan qəbul edilir. Yüksək səslə, daha əsəbi halda,  təhdid edilərək və güc göstərərək sözləri ifadə
edən, əksinə, qarşımızdakı insanı daha da pis vəziyyətə salır. Pis vəziyyətə
düşən insan artıq heç bir şey dinləməz, əksinə, özünü qorumağa çalışar. Buna
görə qarşımızdakı insanı diqqətlə dinləməli və hər hansı mövzuda eyni fikirdə
olduğunu bilərək, hərəkət etmək lazımdır. Xətalarımı bilib qəbul etsək,
qarşımızdakı insanın əlindən silahı asanlıqla almış olarıq. 

Güclü insan kimdir?

Əvvəlki məqaləƏgər sizə heç bir pəhriz kömək etmirsə..
Növbəti məqalədəZəli ilə müalicə barəsində məlumatlar