Göz rənginizlə əlaqədar çaşdırıcı gerçəklər

göz rəngiGöz rənginizin həyatınız haqqında qəribə göstərişlər
verdiyini bilirdinizmi?

ABŞ-dakı Pittsburgh Universitetinin araşdırmasına görə gözlərin yalnız bədənin
deyil ruhun da aynası olduğuna bağlı təəccüblü nəticələr tapılmışdır.


1. Mavi gözlü hər kəs əslində qohumdur

Elm adamları mavi gözlü bütün insanların eyni ataya sahib olduğunu kəşf edib.
Mavi rəng göz, təxminən 6000-10000 il əvvəl ortaya çıxan bir genetik mutasiya nəticəsində
meydana gəlmiş və mavi gözlü hər kəsin silsiləsi Qaradənizdə yaşamış olan bu
ataya çatırmış.

2. Açıq rəngdə gözü olan qadınlar daha asan doğum edir

Açıq rəng gözlü qadınların tünd rəng gözlü qadınlardan daha az doğum
sancısı çəkdiyi də araşdırmanın maraqlı tapıntılarından biridir.

3. Açıq rəngli gözlülər daha çox spirt istehlak edirlər

Tünd rəng gözlü insanlar spirtin təsirlərini daha tez hiss edir, bu səbəbdən
daha az spirt istehlak edirlər. Açıq rəng gözlülər isə spirtin təsirini daha
gec hiss etdikləri üçün daha çox spirt istehlak etməyə meylli olurlar.

4. Tünd rəng gözlülər daha yaxşı futbol oynayır

Gözə rəngini verən melanin, eyni zamanda beynin reaksiya mərkəzinin də daha sürətli
işini təmin edir. Bu da tünd rəng gözlü insanların futbol və ya frisbee kimi
tez reaksiya tələb edən idmanlardan daha müvəffəqiyyətli olmalarını təmin edir.

5. Açıq rəng gözlülər daha yaxşı şagird olur

Beyindəki yavaş reaksiya müddəti, açıq rəng gözlü planlaşdırma tələb fəaliyyətlərdə
daha müvəffəqiyyətli olmasını təmin edir. Açıq rəng gözlülərin, dərs çalışmaq,
golf oynamaq kimi planlaşdırma və davamlılıq tələb fəaliyyətlərdə daha müvəffəqiyyətli
olduqları təsbit edilmiş.

Əvvəlki məqaləQadınlar haqqında bilmədikləriniz…
Növbəti məqalədəKökəlmək üçün vacib olan qaydalar