Hər qadının arzusudur gözəl görünmək. Hətta buna aludə olan qadınlarımız da var ki, bəzən gözəllik üçün sağlamlıqlarını da qurban verməyə hazır olurlar. Şüarları da bu olur: “Gözəllik qurban tələb edir”. Mənə elə gəlir ki, gözəllik üçün qurban vermək heç də vacib deyil. İlk olaraq ona görə ki, Yaradan insanı hansı görkəmdə məsləhət bilibsə, o cür də yaradıb. Bəlkə çoxunuz mənim kimi müşahidə etmisiniz, adətən, qara, qıvrımsaçlı xanımlar əsmər olur. Nazik, ipək kimi, açıq rəngli saça sahib xanımlar isə sarışın. Bütün bunlar ilahi bir yaranışdır, bunları zorla dəyişmək, hansısa “imici” yaratmaq fikrimcə Yaradanın ziddinə getməkdir. Məncə gözəllik üçün, səliqəli, baxımlı, zövqlü görünmək üçün pul xərcləmək, pulu qurban vermək olar, can sağlığını yox. Bəli, can sağlığını qurban vermək nəinki ağılsızlıqdır, hətta günahdır deyərdim.

Gözəllik qurban tələb edirmi

Mütəxəssislər çox maraqlı bir faktın üstünü açıblar. Sən demə qadınların ən çox önəm verdiyi dırnaq boyasından istifadə, adı qədər özünün də qorxunc olduğu xəçəngin yaranmasına səbəbdir. Məlumdur ki, bir çox qadınlar manikürü ev şəraitində edir. Lakin daha çox qism qadınların yolu isə salonlardan keçir. Bəzi xanımlar bunu özləri bacarmadığını səbəb göstərir, bəziləri daha fərqli dırnaqlara sahib olmaq arzusundan, bəziləri də məlumdur, boş vaxtdan, pul çoxluğundan, nə bilim hansısa özəlliyi nümayiş etdirmək xatirinə. İçinizdən bəziləri dodağını büzüb qınayacaq məni, bilirəm bu olacaq. Hətta şərhdə yazmasa da, dodaqaltı etirazını da bildirəcək. Amma gəlin reallıqdan çıxış edək. Bir çox xəstəiklərin yayıldığı indiki zəmanədə salonda manikür etdirmənin nə qədər təhlükəli olduğundan xəbəriniz varmı? Dəyərmi bir dırnaq baxımından ötrü orqanizmi sağalmaz, hətta ölümcül xəstəliyə düçar etmək? Deyəcəksiniz ki, biz salona öz manikür dəstimizi aparırıq və gigiyenik qaydalara da tam əməl edirik. Yaxşı, sizinlə burda hələlik razılaşıram.

Gözəllik qurban tələb edirmi

Hər bir xanım bilir ki, dırnaq boyasının quruma müddəti boyanın keyfiyyətindən asılı olaraq 10-30 dəqiqə arasıdır. Ev şəraitində bu vaxtı keçirmək problem deyil. Amma salonlarda bu vaxtı tezləşdirmək, növbəti müştərini çox gözlətməmək üçün vaxt qazanmaq lazım gəlir. Bundan başqa müştəri özü də əlavə vaxt xərcləmək istəmir və ya boyanın daha uzun müddət qalmasına üstünlük verir. Bunu gerçəklədirməyinsə ancaq bir yolu var. Hansısa cihazın köməyindən istifadə edilməlidir. Bunun üçün bəzi salonlarda qurutma prosesini sürətləndirmək üçün hava üfürən və ultrabənövşəyi şüa yayan xüsusi cihazlar istifadə edilir. 
Mütəxəssislərin araşdırmaları sübuta yetirib ki, bu şüalara məruz qalma dəri xərçəngi və dəri yaşlaşması riskini artırır.

Gözəllik qurban tələb edirmi

16 fərqli salonda, 17 fərqli işıq mənbəyində, hər cihazın içində 5 fərqli əl üzərində aparılan müşahidədən sonra bu nəticəyə gəlinib:
Cihaz içində olan ələ tətbiq edilən ultrabənövşəyi şüanın yayılma dərəcəsinə görə dəri müxtəlif dərəcədə zədələr alır. Bunun üçün qurutma cihazından istifadə etməzdən 15 dəqiqə əvvəl əlinizə SPF tərkibli qoruyucu krem çəkin. Daha məsləhətli olan isə, boyanın öz-özünə qurumasını gözləməkdir.
Baxımlı olun, gözəlliyinizi qoruyun, əziz xanımlar, amma sağlamlığınıza ziyan vurmadan.

Əvvəlki məqaləKofenin zərərsiz alternativi AŞKARLANDI
Növbəti məqalədəHamiləlikdə də seksual olmaq mümkündür – 6 YOLU