Gözəl bir əl baxımı

Sizə baxımlı və yumşaq əllər üçün baxım təklifləri;

Hər kəs, gözəl və baxımlı əllərə heyran olar. Nədəndir bilmirəm, gözəl əllər həqiqətən gözəlliyin tamamlayıcısı kimi gəlir mənə. Əllərinizin yumşaq və baxımlı olması üçün elə də çox bahalı kremlərə və gözəllik salonuna ehtiyacınız yoxdur. Evdə asanlıqla hazırlaya biləcəyiniz bəzi baxım kremləriylə mükəmməl əllərə sahib olmanız o qədər də çətin bir iş deyil. Barmağınıza taxdığınız üzüyün daha gözəl görünməsi, əl sıxışdığınız insanlarda xoş bir təəsürat yaratmanız üçün öz evinizdə praktik üsullarla əl baxımı edə bilərsiniz.

 

Ən çox işlətdiyimiz orqanlarımızdan biridir əllər. Buna görə onlara lazımlı diqqəti göstərmək üçün tədbirinizi başdan almalısınız və onlara yaxşı baxmalısınız…

Əllərə nə zərər verər?

Çox isti və çox soyuq su, yuyucular, evdə istifadə edilən təmizlik məhsulları, günəş, soyuq, yağış, dəniz və torpaq da əlləri əldən salar.

Əlləri necə qorumalısınız?

Suyla ediləcək işlərdə rezin əlcək geyinin.

Ev işlərində isə pambıqlı əlcəkdən istifadə edin.

Əlləriniz üçün kiçik köməkçi vasitələr:

Əllərinizi islatdıqdan sonra yaxşıca qurulayın. Əl kremi ya da losyon sürtün.

Əllərinizi gündə iki, üç dəfə yumşaq sabunla yuyub bol suyla durulayın. Gündə bir dəfə barmaqları, dırnaqları fırçalayın.

Sərt olmayan bir ponza daşı da əlləriniz üçün faydalıdır. Dəridə olan sərt ləkələri də çıxarar.

Həftədə bir dəfə əllərə çox yağlı kremlə masaj edin. Hər barmağın ucundan başlayaraq dibinə qədər yaxşıca masaj edin. Ovuc və əlinizin üstünə masaj etməyi unutmayın. Bunun üçün ən uyğun zaman gecə yatmazdan əvvəldir.

Arada əllərinizə qalın krem, vazelin sürtün pambıqlı əlcək taxıb yatın. Yatmaqda bir az çətinlik çəkə bilərsiniz. Amma səhər qalxdığınızda əlləriniz çox baxımlı olacaq.

Əl üstlərinə sürtüləcək parafin təbəqəsi məsamələri açmaq üçün çox faydalıdır. Limon da əllər üçün faydalıdır. Əlin rənginə çox gözəl təsir edir.

Təbii üsullar:

1Əllərinizi gecələri yatmazdan əvvəl xiyar suyu ilə ovun və 10 dəqiqə sonra təbii sabunla yuyun. Əlləriniz gözəlləşəcək.

 2-Təzə xiyar qabıqlarıyla birlikdə əzilər. Bal şamı əlavə edilərək məlhəm konsistensiyasına gələnə qədər badam yağı ilə qarışdırılar. Hazırlanan məlhəm axşamları yatmadan əvvəl əllərə sürtülər. Əllərin sağlam olmasını təmin edər.

3- Çobanyastığı südlə birlikdə qaynadılıb süzgəcdən keçirilər. Qarışıq zeytun yağı ilə qarışdırılar. Bu qarışıqla əllərə masaj edilər. Əllərin qırışıqlığını aradan qaldırar.

4- Çatlamış əllərə kərə yağı sürtülsə əllərdəki çatlaqların tamamilə itdiyini görərsiniz.

Təbii krem:

Bir çay qaşığı balı bir az istidərək içinə 2 yemək qaşığı susam yağı, 1 yemək qaşığı badam yağı və bir yemək qaşığı qliserin əlavə edin. Krem konsistensiyasına gələnə qədər qarışdırıb bir qaba doldurun. Gecə yatmadan əvvəl əllərinizə bu kremdən sürüb yaxşıca yedizdirin, sonra yumşaq bir əlcək geyinin. Əllərinizin gündən günə yumşaq olduğunu, baxımlılaşdığını və parladığını görəcəksiniz.

 

Qadının yaşını əlləri ələ verir,ona gorə də əllərinizə həmişə xüsusi qulluq edin.

Əvvəlki məqaləCinsi istəklərini üz cizgisindən anla
Növbəti məqalədəHamiləlik haqqında (qadınlar üçün)