Ginekoloqlardan 5 faydalı məsləhət

Ginekoloqlardan 5 faydalı məsləhətGinekoloqlar gündəlik olaraq ginekoloji bölgələrinə diqqət etmək üçün xüsusi baxım rutini təqdim edirlər. Çünki bu bölgələrə qulluq demək olar ki, bütün sağlamlığımız və təmizliyimizin başında gəlir. Foxy ginekoloqlardan 5 məsləhəti təqdim edir.

1. Vurğulanmış yerə xüsusi diqqət et.

Bu hissələr eyni olur, amma bəziləri müəyyən zamanlarda yaranan problemlə əlaqəli dəyişir. Onlar yalnız bir halda sabit qalır: qadın oral kontraseptivlərdən istifadə etdiyi halda. Bu müntəzəm aybaşı tsiklinə nəzarət etmək üçün çox vacibdir. Buna nəzarət etmək yarana biləcək problemlərin qarşısını almaq üçün faydalıdır. Əsasən də infeksiyalarla mübarizə aparmaq asanlaşır. Misal üçün, ağ rəngli axıntı və şiddətli qaşıntı göbələk mikrobunun olmasından xəbər verir. Adətən, belə şübhəli rəngsiz və pis qoxulu maye cinsi münasibətdən sonra yaranır. Bu, bakterial vaginosisin əlaməti ola bilər. Əsasən də, qadınların əksəriyyətində belə hala 40 yaşdan sonra rast gəlmək olur. Cinsi baxımdan fəal olan 15-25 yaşlı qadınlara isə hər il xlamidiozdan analiz verməkləri məsləhət görülür. Adətən, xlamidioz zöhrəvi xəstələkilərlə müşayiət olunur.

2. Təkrarlanan simptomlara biganə qalma.

Qadınların 75%-ində bir dəfə də olsa göbələk mikrobu olur – kandidoz və ya qaratoyuq. Belə halda əgər sən özünü yaxşı tanıyırsansa xüsusi vaginal kremlərdən istifadə edə bilərsən. Yox, əgər sən xəstəliyindən əmin deyilsənsə və ya müalicənin necə getdiyindən xəbərsizsənsə ginekoloqa müraciət etməlisən. Mikrob və göbələk xəstəliyinin olub-olmamasını ayırd etmək üçün analiz vermək lazımdır. 90% insanların orqanizmində genital herpes virusu “yaşayır”. Amma immunitet zəifliyinin, soyuqdəymə və stress hallarının tez-tez yaşandığı 10-20% insanlarda bu virus aktiv haldadır. Onlar cinsi əlaqə zamanı, xəstə birinin şəxsi gigiyena vasitələrindən istifadə zamanı ötürülə bilir.

3. İnfeksiyanın inkişafına kömək edən amilləri unutma.

Şəkərli diabet, hamiləlik, antibiotiklər, kontraseptiv tabletlər hormonlar və vaginanın turşu-qələvi balansının səviyyəsini bütünlüklə risk altına atır. Bunun üçün evdə mütləq göbələk əlehinə dərmanlar saxla. Xəstəliyin ilk cücərtilərini hiss etdiyin zaman onlardan istifadə et. İnfeksiyanın yayılmasına səbəb digər amillər də ola bilər. İstifadə etdiyimiz duş gelləri və intim zonanın təmizliyi üçün olan vasitələr vaginal floranın təbii qoruyucusunun fəaliyyətini pozur. Bu məhsullar allergik reaksiya verər bilər. Ona görə də istifadə etdiyin məhsulun tərkibini yaxşı yoxla və allergiyaya qarşı analiz verib, nələrə qarşı orqanizminin allergiyası var, öyrənsən heç bir ziyanı olmaz.

4. Cinsi əlaqənin təhlükəsizliyinə ciddi yanaşmaq.

Tərəf müqabilindən əmin olsan belə ayıq-sayıq olmağı əldən buraxmamalısan. Unutma ki, cinsi yolla ötürülən  xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitəsi prezervativdir. Düzdür, bu vasitə də səni xəstəliklərdən 100% sığortalamır. Əgər  sən özündə hər hansı bir şübhəli simptom hiss edirsənsə dərhal həkimə müraciət etməlisən. Cinsi yolla ötürülən xəstəliklərə qarşı Hepatit B peyvəndi nəzərdə tutulub. Profilaktik peyvənd üç mərhələdə həyata keçirilir. Hər 10-12 ildən bir bunu təkrarlamaq lazımdır.

5.Müntəzəm şəkildə tibii müayinədən keç.

Hər şeydən əmin olub, rahat yaşamaq üçün ildə iki dəfə ginekoloqa müraciət edib, bütün analizlərdən keçmək məsləhətlidir. Xüsusilə də, cinsi əlaqəyə yeni girdiyin zamanlarda həkimə müraciət etməyin yaxşı haldır. Əks təqdirdə vaginosis, trixomonozun, xlamidiozun riskini artırmış olarsan.

Əvvəlki məqaləQadınlarda “40 yaş sindromu”
Növbəti məqalədəSonsuzluğa səbəb yoxdur. Bəs hamiləlik niyə baş tutmur?