ailəSosial mühitin təzyiqinə görə ailə quranların sayı çoxalır. Beləliklə, insanlar ailə qurmaq üçün deyil, müvəqqəti hisslər və tək qalmaq qorxusu səbəbindən buna tələsirlər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu mövzuda aparılan araşdırmalar gec yaşda evlənənlərin daha xoşbəxt olduğunu söyləyib. Bəs bunun səbəbi nədir?
Psixoloqlara görə, böyük bir əlaqə qura bilmək üçün, 6 prinsipə əsaslanmalıyıq. Bu 6 prinsipi qəbul etdiyimiz zaman evlənməyə hazır ola bilərik.

1. Sevgi fərdi inkişafa kömək edir
Yetkin insanlar öz başlarının çarəsinə baxa bilər və sevgi də onlara güc verir. Yetkinliyin yaşla çox əlaqəsi olmasa da, mütəxəssislər yetkinliyə çatmağın bəzi təcrübələrin nəticəsi olduğunu deyirlər. Bu səbəblərdən gec evlənənlər, erkən yaşda evlənənlərlə müqayisədə münasibətlərdə daha sərbəst və xoşbəxtdirlər.

2. Sevgi fədakarlıq gətirir
Öz-özünə bəs edən insan boşluqlarını başqasıı ilə doldurmağa çalışmır. Hətta, əksinə, əllərində olanları bölüşməyi sevirlər. Sevdiyiniz insan haqqında düşünmək və lazım gəldikdə onun üçün fədakarlıq etmək erkən yaşlarda daha çətin ola bilər.

3. Sevgi iradədir
Müəyyən bir yaşdan sonra həyatda əhəmiyyət və prioritet sıramız dəyişə bilər. Çox vaxt istədiyimiz şey sülh, sevgi və sədaqətdir. Mütəxəssislər gec evlənmiş şəxslərin qarşısındakına daha çox zaman ayırdıqlarını vurğulayırlar.

4. Sevgi məsuliyyətdir
Məsuliyyət, yetkini uşaqdan ayıran şeydir. Münasibətlərdə etibar edə bilmək çox vacibdir.

5. Sevərkən küskün ola bilərsiniz
Acı və məyusluq həyatımızdakı normal şeylərdir ki, hətta, yaxınlarımız da bizi həmişə qoruya bilməzlər. Çətinliklərin öhdəsindən gəlmək üçün cəsarətli olmalıyıq və heç kimə şikayət etməməliyik. Bu vəziyyətdə əlaqələr güclü və dərin olacaq.

6. Şəxsiyyətə hörmət
Yetkin insan hədəflər qoyub özünü tapır. Buna görə, başqasının qərarlarına hörmət etməyə hazırdır. Belə münasibət təzyiqdən uzaqdır. Tərəflər bir-birlərinə azadlıq verir və hər zaman uzlaşma əldə etməyə çalışırlar. Yalnız öz maraqları ilə məşğul olan insanlar heç nəyi dinləməyə, anlamağa və qəbul etməyə hazır deyillər.

Əvvəlki məqaləEvliliklərdə ən çox rast gəlinən boşanma səbəbləri
Növbəti məqalədəQısqanclıq niyə yaşanır?