Bir vaxtlar gözəllik ondur, doqquzu dondur deyərdilər, indi isə gözəllik qurban tələb edir deyirlər. Elə bu səbəbdəndir ki, plastik əməliyyatlara maraq göstərənlərin sayı durmadan artır. Hətta iş o həddə çatdı ki, maddi imkanı olmayanlar bu işi kredit üsulu ilə həll etməyi belə gözə alırlar.
Bəs, Estetik əməliyyatlara marağın artma səbəbləri nədir? 

Psixoloqlar bildirir ki, Özgüvənsizliyi olan, özünü qəbul etməyən, özünü sevməyən insanlar daha çox bu yollara əl atırlar. Bunun kökündə bir növ natamamlıq kompleksi durur ki, bu kimi yollara əl ataraq natamamlıqlarını tamamlamağa çalırşırlar. Hətta insanlarda bu kompleks o qədər dərinləşir ki, o qədər öz şəxsiyyətlərini qəbul edə bilmirlər ki, kreditə yaxud da digər yollara əl atırlar ki, bu həzzi ala bilsinlər. Nəyisə satım gedim estetik əməliyyatımı edim, kredit olmasa da kimdənsə borc alım. Yaxud da aylarla işləyim maaşımı yığım gedim filan əməliyyatı edim.

Estetik əməliyyatlara maraq niyə artıb? - Psixoloq və cərrahlar eyni fikirdədir
Bəs, qadınları gözəlləşdirən estetik cərrahlar bu məsələyə nə deyir? “Özgüvən duyğusu insanların sosial və iş həyatında çox önəmlidir. Zahiri görünüşündən narazı olan qadın mutlu ola bilmir, daim kompleksləri haqqında düşünür. Plastik əməliyyat olunandan sonra insanın özünə güvəni artır. Həmçinin, Plastik cərahiyyə günü gündən inkişaf edir. Müasir aparatlar əməliyyatları həm vaxt baxımından qısaldıb, həm də daha effektli edib. Eyni zamanda, bir neçə əməliyyatı komple şəklində birləşdirmək olur. Son illər plastik əməliyyata müraciət edənlərin sayının artma səbəblərini əsasən bunlara bağlayıram” deyə Sirus Qocxani bildirib.

Son olaraq, şəkillərdə dəyişimə baxaq, doğrudanmı dəyirmi? Xanımlar arasından keçirdiyimiz sorğuya görə 90 faiz xanım əməliyyat sonrası özgüvənləri artdıqlarına görə özlərini daha da xoşbəxt hiss edib.

Əvvəlki məqaləİnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir
Növbəti məqalədəSamsung-un Yeni Neo QLED Televizor Seriyası Carbon Trust-ın “CO2 Azaldılması Sertifikatı”na layıq görülüb