Doğulan uşaqların çoxu niyə oğlandır?
Hər il dünyada doğulan körpələr arasında oğlanlar çoxluq təşkil edir. Görəsən, niyə?
Əslində, statistik göstəricilərə əsasən, doğulan hər 105 oğlana orta hesabla 100 qız uşağı düşür.
Bu tendensiya dünyanın bir çox yerlərində eynidır. Ancaq Çin və Hindistan kimi ölkələrdə bu fərq daha çoxdur, çünki həmin ölkələrdə oğlan uşağının doğulmasını istəyənlərin sayı daha yüksəkdir.

Oğlan və qız uşaqlarının doğulmasında nisbət fərqi tam başa düşülməyib, lakin bu məsələyə dair bəzi nəzəriyyələr mövcuddur.
Təkamül prosesi
Birinci nəzəriyyə təkamül prosesinə söykənir – həmin nəzəriyyəyə görə yetkinlik yaş dövründə oğlanlarla qızların sayının təxminən bərabər olması üçün doğulan uşaqlar arasında oğlanların sayı daha çox olmalıdır.
Bu kişilərin həyat boyunca daha çox risk altında olmaları ilə izah edilir.
Bunun izahı oğlanların, kişilərin bütün yaş intervallarında daha çox risk altında olmaları ilə bağlıdır.
Yəni hər bir yaş diapazonunda kişilərin müxtəlif amillər səbəbindən – müharibələr, xəstəliklər, intiharlar və bu kimi digər səbəblərdən ölmək ehtimalı daha yüksəkdir.
Oxford Universitetinin statistika kafedrasının professoru Daivid Steinsaltzs deyir: “Hər yaş diapazonunda kişilər arasında ölüm halları daha çox olur”.
Sperma və zaman amili
Yumurta hüceyrəsinin Y və ya X xromosomunu daşıyan spermlə mayalandırılması da daxil oğlan və ya qızın doğulacağı bir sıra bioloji amillərdən asılıdır.
Digər faktorlar arasında valideynlərin yaşı, stress durumu, qadının ovulyasiya təqvimi, qidalanma və cinsi əlaqənin nə vaxt baş verdiyi kimi amillər də var.

Bu amillərə söykənən nəzəriyyəyə görə, ata ilə ana arasında cinsi əlaqə ovulyasiya vaxtından bir neçə gün əvvəl olursa, bu zaman qız uşağının doğulacağı ehtimalı böyüyür.
Oğlan uşağının doğulmasına səbəb olan sperma hüceyrələri daha sürətli, lakin qısaömürlü olur, qızların doğulmasına səbəb olan sperma hüceyrələri isə əksinə – aşağı sürətli və daha uzunömürlü olurlar.

Əvvəlki məqaləHamiləlikdən qoruyan həblər: Hər qadın istifadə edə bilərmi?
Növbəti məqalədəQadın yataqda nə istəyir? Ən mühüm 10 məqam