Evinizi hansı şəkildə dizayn edəcəyinizə qərar vermədən öncə , ilk əvvəl hansı dizayn növlərinin olduğunu öyrənməli və bunlardan hansının sizə daha çox uyğun olduğunu anlamalısınız, çünki evin hansı stilldə dizayn olunacağına “dizayn still” lərini bilmədən qərar verə bilmərsiniz, bu səbəbdən dolayı 5 tanınmış dizayn stilini sizlərə təqdim edirəm.

LOFT

Dizayn stili

Loft stili 1980-ci illərdən tanınmağa başlasada , ancaq əslində bu stilin kökləri 1960-cı illərə gedib çıxır . Bu stilin yaranma tarixçəsinə gəldikdə isə , 1960-cı illərdə Nyu – Yorkda bir çox binaların sahibsiz şəkildəqalmasından sonra bu yaşayış yerləri, rəssamlar və memarlar üçün tam əlverişli məkanlar halına gəlmişdir . Qısa olaraq izah etsək- loft stili atılmış evlərin studio’ya və daha sonra isə daha da müasirləşdirilərək ev dizaynlarında da istifadə edilərək bütün Avropaya yayılmışdır. Beləliklə ‘’Loft’’ stili başlanğıcda çox ucuz və asan başa gələn bir dizayn stili olmasına baxmayaraq, sonralar ən tanınmış və bahalı dizayn stillərindən birinə çevrilir .

Minimalizm

Dizayn stili

Minimalizm stili modern olmaqla yanaşı bir çox müsbət xüsusiyyətləri də özündə birləşdirir, mənə görə bunlardan ən başlıcası, əlinizdə mövcud olan imkanlarla və minimum əşya istifadə edərək rahatlıqla, mükəmməl bir şekildə evinizi dizayn edə bilərsiniz , yeni evinizi əlavə əşyalarla sizi sıxacaq qədər ağzına kimi doldurmaq məcburiyyətində deyilsiniz və bunun isə qətiyyən dizyanla əlaqəsi yoxdur . Evinizin dizaynı sizin ruhunuzu qidalandırdığı təqdirdə, doğru şəkildə dizayn edilmişdir deyə düşünürəm , çünki evin dizaynı insanın əhvalına böyük təsir edir və bu isə gün ərzində etdiyiniz bütün işlərdə özünü əks etdirir. .

EKO

Dizayn stili

Eko stili, daima şəhərdə yaşayan ancaq bununla da yanaşı məhz təbiəti çox sevən insanlar üçün nəzərdə tutulmuşdur. Bu stil eyni zamanda restoranlarda da istifadə olunur , çünki bu still insanın ruhunu sakitləşdirməkdə çox böyük bir rola sahibdir.

Xay tech

Dizayn stili

Bu stili digər dizayn stillərindən fərqləndirən başlıca amillərdən biri özünə xas geometrik quruluşunun olmasıyla yanaşı, bu stil’də işıqlandırma sistemi eyni zamanda döşəmədə və divarlarda da özünü əks etdirir. Xay tech stili çox müasir bir stil olmasıyla yanaşı müxtəlif geometrik mebelləri özündə birləşdirir. Ümumiyyətlə dizayn üçün nəzərdə tutulmuş mebellərlə yanaşı istifadə etmək istədiyiniz əsas rəng çalarları da ən önəmli ünsürlərdən biridir , çünki dizayn prosesi zamanı istifadə edilən tək bir yanlış rəng nəticədə çox böyük uyğunsuzluqlara aparıb çıxara bilər , bunun üçünsə istənilən dizayn stilində rəng seçimlərində çox diqqətli olmaqda fayda var .

Klassik still

Dizayn stili

Evinizin dizaynı üçün klassik stili seçidiyinizdə, adından da bəlli olduğu kimi, dizaynda klassik mebellərdən istifadə edə bilərsiniz . Bu stilin ən müsbət tərəflərindən biri də odur ki nəzərdə tutulmuş klassik stili müasir still ilə birləşdirə bilməyiniz üçün imkan əldə etmiş olursunuz . Əlavə olaraq köhnə mebellərə aşiq olan insanlar üçün bu stil ən əlverişli dizayn stili olaraq digər stillərdən fərqlənir .

Bütün bu sadaladığım dizayn stilləri sizin nəzərdə tutmuş olduğunuz evinizin dizaynı üçün çərçivə yaratmamalıdır əksinə , bu stillər evinizi dizayn edərkən sizə yardımçı olmalıdır.

Cavid Məmmədov

Əvvəlki məqaləƏn yeni pəhrizlər – Hər kəs özünə uyğun olanını seçəcək!
Növbəti məqalədəBruschetta – Italyansayağı qəlyanaltı