Diş çəkdirdikdən sonra bunlara diqqət!

İndiki vaxtda müxtəlif texnikalar tətbiq olunaraq diş itkisi ən az dərəcəyə endirilməyə çalışılır.

Diş
həkimləri ağız və diş sağlamlığı baxımından əvvəlcə dişi müalicə etməyi bacarsalar da müxtəlif sağlamlıq problemləri üzündən diş itkisi
yaşanır.
Diş həkimləri son çarə olaraq tətbiq olunan diş çəkilməsi
əməliyyatından əvvəl və sonra diqqət edilməsi lazım olanlar haqqında bu
məlumatları sizə təqdim edirlər.

“Diş
çəkililməsi kanal müalicəsinin kafi olmadığı dişlərdə, zamanında düşməyən
süd dişlərində, təhlükəli ağıl dişlərində, hər hansı bir zərbə nəticəsində qırılmış dişlərdə və ortodontik
müalicəyə dəstək məqsədli olaraq həyata keçirilir. Lakin müalicə edilə
biləcək vəziyyətdəki heç bir diş çəkilməməlidir.


Diş çəkilişindən əvvəl və sonra xəstələrin diqqət etməsi lazım olan nöqtələri isə bu şəklidə sıralaya bilərik.

Əvvəlcə diş çəkilməsi əvvəlində həkim tərəfindən verilən dərmanlar istifadə edilməlidir.

Diş
çəkilişindən əvvəl xəstə şəkər, yüksək təzyiq, ürək kimi
narahatlıqları varsa bu narahatlıqlarını diş həkiminə bildirməlidir.

Xəstə dişlərini fırçalamalı, ağızdakı bakteriya nisbətini azaltmaq üçün də antiseptik su ilə ağız çalxalanmalıdır.

Diş çəkilişi ediləcək adam sakit davranmalı, diş həkimi qorxusu yaşayırsa da bunu diş həkimi ilə danışmalıdı. İndiki vaxtda diş həkimi qorxusu aradan götürməyə çalışılsa da bir çox xəstə tərəfindən bu qorxu qalır. Lakin xəstə diş həkiminə mövzu haqqında məlumat versə bu qorxu keçib gedə bilər.



Diş çəkilməsi sonrasında isə xəstə bunlara diqqət yetirməlidir.


Diş həkiminin yaranın üzərinə qoymuş olduğu tampon dərhal atılmamalı, ən
az 25 -30 dəqiqə boş qalan bölgə üzərində tutulmalıdır.

– Tampon atıldıqdan sonra yerinə yeni tampon mümkünsə qoyulmamalıdır. 

Tamponu tez dəyişdirsəniz laxtanı meydana gəlməsini qarşısını ala bilərsiniz.

Laxta, çəkilmiş diş boşluğunu təbii bir tampon kimi bağlayacaq və boşluğun
irəlidə sümük quruluşu ilə dolması üçün lazımlı hazırlığı edəcək.
Laxtanı meydana gəlməsi maneə törədər və ya laxta çıxarsa yara yaxşılaşması pozular, ağrılı bir proses başlayır.

– Ağız su ilə çalxalanmamalıdır .

– Çəkildikdən sonra dərhal bir şey yeyiıməməli, ən az iki saat gözlənilməlidir. Müddət bitdikdən sonra xəstə ilıq yemək və içkilər içməli, soyuq və isti qidalardan qaçmalıdır.

-24 saat siqaret və spirt istifadə etməməlidir. Bu vəziyyət yaranın iltihablanmasına səbəb ola bilər.

– Diş çəkilldikdən sonra yaranan boş bölgə dil ilə oynanmamalı, yaralı bölgəsində yaranan qan sorularaq tüpürülməməlidir.

– Diş çəkilişinin edildiyi bölgəyə əl ilə toxunulmamalıdır. Yara birbaşa mikrob mənbəyinə çevrilə bilər.

– Diş çəkimi sonrasında qanama ara-ara davam edə bilər. Bu vəziyyət təxminən 6 ilə 24 saat arasında davam edər, həddindən artıq qanama varsa həkim ilə mütləq görüşməlisiniz.


– Diş çəkilişi sonrasında ağrını azltmaq üçün istifadə ediləcək ağrıkəsici həkimlə məsləhətdən sonra istifadə edilməlidir.

– Yara içində meydana gələ biləcək yemək artıqları bölgədə bakteriya meydana gəlməsinə səbəb ola bilər. Çəkilişdən 24 saat sonra, yumşaq bir diş fırçasıyla bölgə yavaşca fırçalanmalıdır. İlıq duzlu su ilə də qarqara edə bilərsiniz.

– Diş çəkilişindən bir gün sonrasında normal ağız baxımı müalicələrinə davam edilə bilər. Lakin bu bölgə fırçalayarkən diqqətli olunmalıdır.


Əgər üzünüzdə şişmə, həddindən artıq ağrı, 24 saatı keçən qanama halı,
ağızda yaranan pis qoxu olarsa mütləq gecikmədən diş
həkiminizə müraciət etmək lazımdı.


Əvvəlki məqaləAntibakterial sabun xərçəng yaradır
Növbəti məqalədəUşaqlarda diş fırçalama vərdişinin öyrədilməsi