Günümüzdə  insanlar asan yolla çətinliklərindən xilas olmaq, ruhən və zehni olaraq özünü rahat hiss etmək üçün antidepresantlara maraq  göstərir. Ətraflarında həqiqətən antidepresant dərmanlara ehtiyacı olub istifadə edən və fayda verənləri gördükcə bu cür dərmanlara meyl yaxşıca artır. Ancaq antidepresantlar sadəcə mənfi duyğu və hissləri aradan qaldırmır və  ya da unutmamızı təmin etmir. Çünki antidepresantlar depressiya dərmanıdır.
 Tibbi və psixoloji halı təyin edilmiş depressiya xəstələrində faydalıdır.  Ancaq son illərdə edilən araşdırmalarda gərəksiz antidepresant istifadəsinin depressiyaya yol aça biləcəyi bildirilir.
Xüsusilə son illərdə ibtidai məktəb  uşaqlarının belə  belə dilindən düşməyən “depressiya” əvvəlcə çox yaxşı təyin olunmalı və əlamətləri yaxşı təsbit edilməlidir. İfadə edilən mənfi duyğu, durum və hisslərin yaşanma müddəti də çox əhəmiyyətlidir. Bir neçə gün yaşanması deyil, ən az 15 gün,  1 ay kimi davam etməsi və adamın normal həyatını axsatması lazımdır. Depressiya dünyanın ən böyük sağlamlıq problemlərindəndir. Ən çox qeyd olunan ilk beş xəstəlikdən biridir və onun da  tipləri vardır.
Depressiyanın əlamətləri nələrdir?
Hər yüz qadından 10 – 25-i, hər yüz  kişidən də 5-12-i depressiyaya tutulma riski daşıyır. Depressiyanın xarakteristika xüsusiyyətləri;
Xoş olmayan duyğu-durum, maraq və zövq azlığı, ümidsizlik və pessimizmdir.
Hadisələri dərin bir kədərlə yaşayırlar. Gələcəkləri və yaşadıqları ilə əlaqədar olaraq həmişə pessimist fikirdə olurlar.
Xəstədə depressif duyğu-durum ilə birlikdə dəyişik fəaliyyət və məsuliyyətsizlik müşahidə edilir.
Heç nə xoş gəlmir, İş, fərdi əlaqələr, cinsi fəaliyyət də daxil olmaqla  heç bir şeydən zövq ala bilmirlər.
İş, ailə, pul və  sağlamlıqları ilə həddindən artıq şəkildə beyinləri məşğul olur.
Enerji səviyyəsi azalır.
Təpgili davranırlar, hətta intihara belə cəhd də olur.
İntihar düşüncələri və cəhdləri depressiyanın əhəmiyyətli əlamətlərindəndir. Bu əlamətləri olan  bir adam mütləq bir psixiatriya mütəxəssisindən dəstək almalı və lazımdırsa qətiliklə psixiatriya mütəxəssisi tərəfindən təklif edilən antidepresant istifadə etməyə başlamalıdır.
Qarşılaşdığımız ən böyük problemlərdən biri də antidepresant istifadə edən xəstələrin müalicəni öz-özünə sonlandırmasıdır. Bunun səbəbi antideprasant istifadə etməyə başlayan xəstələrin dərmanların təsiriylə müalicənin başında özlərini narahat hiss etmələridir. Antidepresantlar ümumiyyətlə, depressiyanın tipinə, xəstənin yaşına və varsa digər xroniki narahatlıqlarına, ya da asılılıqlıqlarına (spirt) görə təyin edilir. Bədənə təsiri  3 həftə içində başlayır, gerçək təsirini isə 6 həftə içində göstərir. Sakitləşdirici  deyil, stimullaşdırıcıdır.
 
 
Əvvəlki məqaləGündəlik duş qəbul etmək ziyandır
Növbəti məqalədəNiyə səhərlər sevişmək lazımdır?