Dərini cavanlaşdıran yosun maskası

 

Dərini cavanlaşdıran yosun maskası
İnsan dərisi illərin təsiriylə yaşlanır. Yaşlanma nəticəsində dəridə nəmlik azalır və qırışlar ortaya çıxır. Dəri gözəlliyi üçün bir çox üsul və maska ​​istifadə edilməlidir.
Gözəllik mərkəzlərində son illərdə bu iş üçün ümumiyyətlə yosun maskası istifadə edilməkdədir. Dəri ləkələri və qırışlar üçün  yosun maskasını evinizdə hazırlaya bilərsiniz.

Yosun maskasının faydaları:

– Sızanaqların aradan qaldırılmasına yardımçı olur.
– Qırışların aradan qaldırılmasına və nəm nisbətinin balansına kömək edir.
– Antioksidan xüsusiyyətiylə, dəriyə zərər verən toksinlərin uzaqlaşdırılmasına kömək edir.
– Hüceyrələrin yaxşı qidalanmasına və yenilənməsinə köməkçi olduğundan, dərinin gözəlləşməsinə müsbət təsiri vardır.
– Ayrı-ayrı qidalardan alınması lazım olan dərini qidalandırıcı vitamin, mineral və zülalı zəngin olaraq içərisində saxlayır.

Dərini cavanlaşdıran yosun maskası

Yosun maskası üçün lazımlı vəsaitlər :
– 3 yemək qaşığı yosun
– 2 çay qaşığı zeytunyağı
– Su

Hazırlanması:

Bu vəsaitləri qarışdıraraq, həftədə 1 dəfə 1 saat müddətində üzünüzə tətbiq edin. 4 seans sonrasında təsirlərini görəcəksiniz.

P.S. Yosun maskasının zərərləri müəyyən edilməmişdir. Həssas dərilərdə qaşınma yarada bilər.

@Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

 

 
Əvvəlki məqaləDünya qadınlarının gözəllik sirri
Növbəti məqalədəCazibədar bir qadın olmanın sirrləri…