sağlamlıq

Qara çayın tərkibindəki amin turşuları, vitaminlər, tanin, katexin, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir.

Dəmlənmiş köhnə çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz.

– Saç dərisini yaxşılaşdırır

– Çay kəpək problemini həll etməyə kömək edir, saç diblərində yaranan qızartı və iltihabı azaldır.

– Saçı gücləndirir

– Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsini azaltmağa kömək edir.

– Saçı parıldadır

– Çay saçın boğuq rəngini tamamən aradan qaldırır, saçı parladır və yumşaqlıq verir. Bundan başqa çayın tərkibindəki birləşmələr PH səviyyəsini tənzimləyir və saçın yağlanmasının qarşısını alır.

Saç üçün çay maskası

Saçınızı bir dəfə şampunla yuduqdan sonra çayı saçınıza tökərək, 5 dəqiqə saxlayın. Sonra saçınızı durulayın. Həcmli və sağlıqlı bir saç üçün bunu həftənin 2-3 günü istifadə etmək yetərlidir.

Əvvəlki məqalə30 yaşdan sonra üzə qulluq
Növbəti məqalədəYuxusuzluq hesabına fasiləsiz seriallar izləyirsiniz