Çatlaq dabanlardan xilas olmaq və gözəl görünüşlü ayaqlara sahib olmaq üçün nələr edə biləcəyinizi Herbalist Tarkan Güveloğlu açıqlayır:
Yayda geyilən açıq ayaqqabılardan ötəri ayaqlara mütləq xüsusi baxım edilməlidir. Sərt və çatlaq dabanların verdiyi pis görüntü hər kəsi narahat edir. Təklif etdiyim bitki müalicələrinin tətbiq etməzdən əvvəl çatlaq və sərt dabanlarda səbəb ola biləcəkləri bilmək lazımdır:
Vitamin və mineralların (E vitamini, kalsium, dəmir, sink, omeqa 3 yağ turşuları) əskikliyi dabanların çatlamasına gətirib çıxara bilər. Evdə sərt zəminlərdə çılpaq ayaqla gəzmək da dabanların çatlamasına kömək edir. Bir də yay ayaqqabıları (sandal, başmaq) çatlaqlrin çoxalmasına səbəb olur.
Çatlaq dabanlardan xilas olmaq və gözəl görünüşlü ayaqlara sahib olmaq üçün nələr edə biləcəyinizə gəlincə:
-Ayağınızı badam yağı ilə yaxşıca yağlayın. Və üzərinə ölü dəniz duzu sürtün. Süngər daşını sərt bölgələrə sürtərək yumşaltmağa başlayın. Həftədə 2 dəfə bu əməliyyatı edin. Dabanlardakı sərt dəri təbəqəsini yumşaltmaq üçün ayaqlarınızı alma sirkəsi əlavə edilmiş su dolu ləyəndə 15 dəqiqə boyunca gözlədin.

 

Dəniz duz ayaq dostudur.
-1 çay qaşığı vazelini bir qaba qoyun. Üzərinə 1 çay qaşığı hindistan qozu yağı və 1 çay qaşığı qliserin əlavə edin. Əldə etdiyiniz qarışıqla ayaqlarınıza masaj edin. Və yarım saat gözlədikdən sonra suyla təmizləyin.(yuyun)
Həftədə 1 gün etdiyiniz bu tətbiqlə dabanlar çox baxımlı görünəcək və sərtləşmiş qisimlər yumşaqlığını geri qazanacaq.
Dabanlardaki çatlaqlar üçün hər gün, zeytun yağı və ya kokos yağı ilə masaj edin.
5-6 dənə çiyələyi əzin və içinə 1 şorba qaşığı dəniz duzu qarışdırın. Bir az da zeytun yağı damladın. Bu qarışıqla daban qisimini ovun və 10-15 dəqiqə gözlədin, əvvəl soyuq su sonra da ilıq su ilə yuyun.
-İsti bir duş əvvəli yetişmiş bir bananı əzərək ayaqlarınıza sürtün və gözləyin. 20 dəqiqə gözlədin. Daha sonra ilıq su ilə təmizləyin.(yuyun)
Unutmayın, ayaqların baxımlı görünüşü və gözəlliyi sizi daha çox cazibədar edəcək. Eyni zamanda sağlam bir həyat üçün də ayaqlara xüsusi baxım tətbiq edilməlidir. Çünki, ayaq çatlaqlarından bədənə mikrobların girməsi bir çox xəstəliyi özü ilə gətirər. Buna görə ayaqqlara qulluq şərtdir.
Əvvəlki məqaləBoşanmış qadınlara olan münasibətin səbəbi – Psixoloq rəyi
Növbəti məqalədəБонусы и акции в онлайн казино: Как получить максимальную выгоду