gözəllikYaş artıqca məsamələr daha çox problem yaradır. Xüsusən burunda olan məsamələr düzgün müdaxilə edilmədiyi üçün daha çox genişlənir və tez-tez qaralır.

1) Gil maskası

Həftədə iki dəfə gil maskası tətbiq etsəniz, məsamələrin daraldığını və təmizləndiyini görə bilərsiniz.

2) Qəhvə

Bunun üçün bişməmiş qəhvəni bir az qaynar su ilə qarışdırın. Krem halına gələndə burnunuza çəkin və 10 dəqiqə gözləyin.

3) Qovun qabığı

Qovunun qabığını burnunuza masaj edərək çəkməyiniz kifayətdir.

4) Limon və soda

Bu iki inqridienti qarışdırıb dairəvi hərəkətlərlə burnunuza çəkin.

5) Aloe vera

Aloe veradan bir az götürüb burnunuza çəkin. 10 dəqiqə gözlədikdən sonra barmaq uclarınızla dairəvi hərəkətlərlə masaj edin.

Bu üsullar məsamələrin ölçüsünə təsir etməklə yanaşı qara nöqtələrin təmizləməsində də effektli olacaq.

Əvvəlki məqaləYeni doğulan körpəni necə çimizdirməli?
Növbəti məqalədəPəhriz saxlamadan necə arıqlamaq olar?