gözəllik sirləri

Buxağın sallanması təkcə kök insanların problemi deyil.

Hətta arıqlar da bundan əziyyət çəkə bilirlər. Sallanmış buxağı aradan qaldıran bir çox bahalı gözəllik prosedurası mövcuddur. Ancaq türkiyəli diyetoloq Kübra Bal mətbəxinizdəki qidalarla da bu xoşagəlməz haldan xilas ola biləcəyinizi bildirir.

Mütəmadi olaraq telefona baxmaq, siqaret və içki aludəçiliyi, “fast-food” tərzi qidalar buxağın sallanmasına gətirib çıxarır. Aşağıdakı qidalar isə bu vəziyyətin qarşısını alan ən təsirli vasitələr hesab olunur:

Zeytun yağı

Fransada 1264 qadın, 1655 kişinin iştirak etdiyi araşdırma sübut edib ki, zeytun yağı dərini gözəlləşdirir və elastikliyini artırır. Elastikliyini itirməyən dəridə isə sallanma müşahidə edilə bilməz. Odur ki, yeməklərə, salatlara zeytun yağı əlavə etməyi unutmayın!

Qırmızı təzə bibər

Ehtiva etdiyi C vitamini sayəsində dəridəki kollagen miqdarını artırır. Həm dəri sallanmasının, həm də qırışların qarşısını alır. Brokkoli və brüksel kələmi də, eynilə qırmızı bibər kimi təsir göstərir.

Qızıl balıq

Qızıl balığın tərkibindəki omeqa 3 yağ turşuları siqaret, içki və ətraf mühitin dəriyə verdiyi zərəri azaldır. Həftənin ən az bir günü buğda bişmiş qızıl balıq yemək lazımdır.

Kətan toxumu yağı

Yüksək miqdarda doymamış yağ turşuları ehtiva edən kətan toxumu yağı buxaq sallanmasının qarşısını alan təsirli vasitələrdəndir. Gündə 1 qram kətan toxumu yağı qəbul etdikdə dərinin nəm balansı qorunur, dəri daha elastik və parlaq görünür. Kətan toxumu yağını salatlara əlavə edə və ya qatıqla qarışdırıb qəbul edə bilərsiniz.

Günəbaxan tumu və ya yağı

Günəbaxan tumunun ehtiva etdiyi E vitamini ən güclü antioksidantlardan biridir. Günəbaxan tumundan və ya yağından faydalanaraq dəri xərçəngindən müdafiə oluna bilərsiniz. Günəbaxan sayəsində dəriniz də daha hamar və parlaq görünəcək.

Əvvəlki məqaləQaşların korreksiyası. Çox vacib qaydalar!
Növbəti məqalədəƏvvəllər daha çox zəng edib mesaj yazırdı indisə…-Münasibətdə niyə soyuqluq baş verir?