gözəllikGünəş eynəyindəki qırmızı, mavi və sarı linzalar gözlərə zərər verə bilər, rəng reproduksiyasını poza, gözlərdə təzyiqi artıra, hətta insanda aqressiyaya səbəb ola bilər.
Bu barədə “Gazeta.ru”-ya oftalmoloq Vladimir Ageyev məlumat verib.
“Qırmızı linzaların uzun müddət istifadəsi göz əzələlərinin həddən artıq gərginləşməsi ilə nəticələnir: gözlər tez yorulur, baş ağrıyır, insan özünü halsız hiss edir. Qırmızı rəng təkcə gözlərə deyil, həm də sinir sisteminə və psixoloji vəziyyətə pis təsir göstərir. Belə linzalar yorğunluğa səbəb ola və ya əksinə, insanı aqressiv və əsəbi edə bilər”, – həkim xəbərdarlıq edib.
Həkim bildirib ki, mavi linzalı şüşələr seçmək də tövsiyə edilmir – onlar torlu qişa üçün zərərli olan müvafiq rəngin günəş şüalarını keçirirlər. Bundan savayı, onlar düzgün rəng təzahürünün formalaşmasına mane olurlar. Sarı və ya narıncı linzaların faydalılığı qismən doğrudur. Onlar pis havada kontrastı və dərinliyi yaxşılaşdıraraq görməyə kömək edir, lakin günəşli havalarda gözlərdə təzyiqi artırdığı üçün onları kor edir.

Əvvəlki məqaləBu sezonun 5 makiyaj trendi
Növbəti məqalədəİçkinin beyin üçün təhlükəli dozası nə qədərdir?