qadın

70 il yaş kifayət qədər ömür sürmək deməkdir. Bu illər ərzində yaşlı xanımların əksəriyyəti uşaq, nəvə və nəticəsi sahibi olur, piroqlar bişirir və səbirsizliklə pensiyanın karta yatırılmasını gözləyir. Poliklinikanın qarşısında hər gün növbədə dayanan belə qadınlara rast gəlmək olar. Çoxları üçün bu cür həyat tərzi normaldır. Amma Ninel Bloxin üçün yolverilməzdir! Bu qadına adamın nənə deməyə də dili gəlmir, halbuki onun 70 yaşı var.

Digər pensiyaçıların mənzillərindən fərqli olaraq onun evində divardan asılmış xalçası, servantları və digər sovet mebelləri yoxdur. Ninelin otağı müəyyən üslubda və zövqlə tərtib olunub. O, deyir ki, qab-qacaqla doldurulmuş servantlara dözə bilmir: “Onlar sanki azadlığını məhdudlaşdırır. Amma evi yığışdırmağı sevirəm. Bu, həm fiziki hərəkətdir, həm də evdə səliqə-sahman deməkdir”.

Səyahət etməyi sevən Ninel dünyanın bir çox ölkələrində olub: “Səyahət – bu, mənim üçün özünəməxsus muzadır. Onlar mənə enerji və bundan sonra yaşamaq üçün güc verir. İnsanlar elə fikirləşir ki, qocalmısansa, evdə oturub bütün günü televizora baxmalısan, ya da həyətə it gəzdirmlisən. Mən özümü kameraya bağlamaq istəmirəm. Mən külək kimi sərbəstəm! Səfərlər, səyahətlər, idman – bütün bunlar məni gənclik dövrümə qaytarır. Mən bu ad günümdə Dominikan Respublikasına getdim. Dominikanda 60-cı illərin mahnılarının sədaları altında rəqs edəndə 35 yaşlı xanımla tanış oldum. O, mənim rəqs hərəkətlərimə baxıb 70 yaşımın olduğuna qəti sürətdə inanmaq istəmədi. Onda ona pasportumu göstərməli oldum”.

Ninel Bloxin gəncliyində balet məktəbində məşğul olub, həmçinin Kalininqrad televiziyasında diktor işləyib, daha sonra Almaniyaya köçüb. O, Qrodno şəhərinin teleradio yayım şirkətində rejissor köməkçisi olub və gimnaziyada xoreoqrafiyadan dərs deyib:

“Düşünürəm ki, uğurum odan ibarətdir ki, mən mehriban və ünsiyyətciləm. Mən həmişə tənqidlərə normal yanaşmışam, tövsiyələri asanlıqla qəbul etmişəm. Bir dəfə müəllimim mənə dedi ki, elə yaşamaq lazımdır ki, guya mən telekameraların diqqətli baxışları altında oluram. Mən indiyə qədər onun məsləhətinə əməl etməyə çalışıram. Gənc insanlar mənim ən yaxşı dostlarımdır. Onlar mənə qocalıqla mübarizə aparmağa kömək edirlər. Məsələn, gənc rəisim mənə akvaparkda 82 metrlik su sürüşkənində sürüşməyi təklif edib. Onun özəlliyi ondadır ki, sən inanılmaz sürətlə hovuzun üzərində sürüşüb digərində düşürsən. Bu, əyləncə növü ürəyi zəif olan insanlara qadağandır. Amma məni yoxlayıb buraxdılar. Ən maraqlısı odur ki, orada heç 40 yaşlı adam yox idi. Digər maraqlı hadisə isə Londonda olub. Oğlum məndən meydanda oynamaq istədiyimi soruşdu. Mən rəqs etməyə başlayanda insanların diqqətini cəlb etdim, nəticədə isə gurultulu alqışlarla yola saldılar”.

Ninel cavan qalmaq üçün yoqa ilə məşğul olur. Yeri gəlmişkən onu da qeyd edək ki, Ninel yoqa hərəkətlərini ağ-qara paltarda xəzin üzərində yerinə yetirir: “Baletdən gedəndən sonra ruhumu yoqa vasitəsi ilə sakitləşdirə bildim. Onda mən başa düşdüm ki, idmanla məşğul olmadan forma və iş qabiliyyətimi çox tez itirərəm. Neqativ enerjini aradan qaldıran yoqa mənə hətta bel zədələrindən xilas olmağa kömək etdi. Yoqa elmdir, intizam və fəlsəfədir. Eyni ilə balet və televiziya kimi. Hamı kimi bəzən mən də çox yemək istəyirəm, amma özümə nəzarət edə bilirəm. Mən demək olar ki, hər şey yeyirəm, amma lazımi miqdarda yeyirəm. Tərkibinə kimyəvi maddələr qatılmış məhsullar, məsələn bişirilmiş çörək və kolbasa almıram. Meyvə, tərəvəz, toyuğu çox sevirəm, bəzən də özümü şirniyyatla əzizləyirəm”.

70 yaşlı qadın hətta dərmanlara da şübhə ilə yanaşır: “Əgər təzyiq qalxıbsa, dərhal həblərlə görə aptekə qaçmaq lazım deyil. Tələsmədən təmiz havada gəzin. Mən belə hallarda yoqayla məşğul oluram. O damarları genişləndirir”.

Ninel saçlara düzgün qulluq barədə də danışıb: “Saçlar daimi və düzgün qulluq tələb edir. Həftədə bir dəfə bütün yağları qarışdırıb saçlarıma çəkirəm. Yarım və ya 1 saat saxlayıb yuyuram. Mən fendən etmirəm, çünki o, baş dərisini tez yağlandırır, saç uclarına saçqıran salır. Bu səbəbdən də hesab edirəm ki, saçları korlamaqdansa, fenləməmək daha yaxşıdır”.

N.Bloxin bidirib ki, yaşlı adlandırılmasını sevmir: “Bəli, yaşlı olmağı sevmirəm və başa düşmürəm ki, insanları niyə ahıl adlandırırlar. Qocalma bütün həyat boyu baş verən uzun prosesdir. Onu həyatın hansısa kəsilib atılmalı dövrü adlandırmaq olmaz. Sürətli, fiziki və mənəvi qocalma insanın öz düşüncələrindən asılıdır. Bu zaman orqanlarda da dəyişikliklər getməyə başlayır. Öz həyat tərzinizi qurun və beləliklə siz də xoşbəxt olacaqsınız!”

Bütün bunlardan sonra belə nəticə hasil olur ki, hətta 70 yaşında da ruhdan düşmək olmaz və Nineldən nümunə götürmək lazımdır.

Əvvəlki məqaləBrilyant haqqında bilmədiklərimiz – FOTOLAR
Növbəti məqalədə80 % qadın bu geyimləri səhv geyinir – Yalnız qadınlar oxusun! – FOTO