Beynə zərər vuran vərdişlər

Gün ərzində etdiyimiz bir çox şey əslində beynimizə zərər verir! Beynimizə mənfi təsir edən davranışlarımız bunlardır:
 Nahar etməmək
 Nahar etməyən şəxslərdə, qan şəkərinin səviyyəsi aşağı olur. Bu vəziyyət beyinin yorulmasına gətirib çıxarır.

 Həddindən artıq isinmə

 Beyin damarlarının sərtləşməsinə səbəb olaraq, zehin gücünün azalmasına gətirib çıxarar.
  Siqaret çəkmək
 Damar yığılmasına səbəb olur və Alzheimer xəstəliyinə yol aça bilər. 
Yüksək şəkər istehlakı
 Şəkər zülalların və qidaların sorulmasını dayandırar və normadan artıq qidalanmaya səbəb olur və beynin inkişafına mane ola bilir.
 Çirkli hava
Beyin, ən çox oksigen istehlak edən orqandır. Çirkli hava beynimizə gedən oksigeni azaldır və beynin fəaliyyətini aşağı salır.
 Yuxusuzluq
Yuxu, beynimizin rahatlanmasına kömək edir. Uzun müddət yuxusuzluqdan əziyyət çəkən insanlarda beyin hüceyrələrinin ölməsini gücləndirir.
  Xəstəlik zamanı beyni çalışdırmaq
Xəstə olan zaman məcburi surətdə işləmək və yaxud da dərs oxumaq beynə ciddi zərbə vura bilər.
 Düşündürücü suallardan qaçmaq
Düşünmək, beyin gimnastikası üçün ən yaxşı üsuldur. Krossvord, sudoku həlli beyin inkişafına kömək edir.
Az danışmaq
Düşündürücü söhbətlər, beyin üçün xeyirlidir.
Biz qadınlar, məhz bu səbəbdən, beynimiz sağlam işləsin deyə çox danışırıq.
 
Əvvəlki məqaləDəri baxımında doğru və səhv bildiklərimiz
Növbəti məqalədəSağlam saçın düsturu