sağlamlıqBalıq yağının faydaları haqqında çox söz deyilib. ABŞ-ın elimi tədqiqat qrupu, balıq yağının deyilənlərdən daha faydalı olduğunu təsbit edib.
Balıq yağından müntəzəm olaraq istifadə etmək sağlamlığa müsbət təsir göstərməsi ilə bərabər insan həyatının davamiyyəti üçün də zəruridir. Balıq yağı nəyə faydalıdır?
Balıq yağının faydalarının məşhur bir həqiqəti onun tərkibidir. İlk növbədə bunlar A və D vitaminləri, həm də Omeqa-3 yağ turşularıdır.
Bərpa proseslərində, dəri hüceyrələrinin yenilənməsində, saçların və dırnaqların vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır, hətta mərkəzi sinir sisteminin zədələnmiş hüceyrələrini bərpa etməyə kömək edir.
Lakin balıq yağının əsas üstünlüyü həmişə qan xolesterolunun azaldılması hesab edilmişdir. Buna görə, bu pəhriz əlavəsi ürək və qan damarlarının sağlamlığını izləyənlər üçün xüsusən faydalıdır.
“North American Menopause Society” təşkilatı 26000 insanın meta analizlərini yoxlayaraq, Omega-3 və vitamin D ilə əlaqəli bəzi nöqtələri aydınlaşdırmışdır.
Alimlər beş ildən çox müşahidə etdikləri müxtəlif yaşda olan kişilərdən və qadınlardan qan miqdarı, boy, çəki və bu kimi göstəricilərini qeyd etmişdir.
Alimlərin tədqiqat nəticələrinə əsasən, Omega-3-dən və D vitamininin istehlakının yalnız infarkt hallarının dərəcəsini azaltmır, onlar həmçinin xərçəng riskinin azalmasına da səbəb olur.

Əvvəlki məqaləQədimdən qalma gözəllik reseptləri
Növbəti məqalədəBağırsaq qurdlarını tökən ən təsirli vasitələr