mətbəx

Bir çoxlarımız elə hesab edirik ki, mətbəxdə heç kim anamızla müqayisə oluna bilməz, anamızın hazırladığı yeməklər bizə hər zaman bütün yeməklərdən dadlı gəlir.

Bəzi qadınlar yeməkləri elə hazırlayır ki, bircə dəfə dadmaqla bu yeməklərin dadını ömür boyu unutmaq mümkün olmur. Maraqlıdır, görəsən onlar buna necə nail olur? Bu, dəqiq hər hansı bir sehrdir. Ancaq bu kiçik hiyləgərlikləri öyrənmək olar və bunu bilməklə sizin mətbəxdəki bacarıqlarınız misilsiz olacaq. Beləliklə, meyvə-tərəvəzləri saxlamaq, yumurtanı bişirmək və məhsulları tez xarab olmaqdan qurtarmaq qaydaları və s. faydalı məlumatlarla tanış olun.

1. Pendiri doğrayarkən qablaşdırmanın kəsilmiş hissəsini atmayın. Ondan pendirin qalan hissəsinin ağzını qapatmaq üçün istifadə edin.

Bəzi mətbəx hiylələri

2. Yumurtaları soyuducuya qoymadan öncə onları bitki yağı ilə yağlayın. Bu, onların daha uzun müddət qalmasını təmin edəcək.

Bəzi mətbəx hiylələri

3. Zəncəfili təmizləmək çətindir. Ancaq çay qaşığından istifadə etsəniz, bunu asan şəkildə edə bilərsiniz.

Bəzi mətbəx hiylələri

4. Kəsilmiş tortun qurumasının və bayatlamasının qarşısını almaq üçün kəsilmiş hissələrə çörək dilimləri qoyun və diş çöpü ilə torta bərkidin. Bu halda tortun əvəzinə çörək dilimləri bayatlayacaq.

Bəzi mətbəx hiylələri

5. Sizə bir neçə damcı limon şirəsi lazımdırsa, dərhal limonu doğramağa tələsməyin. Onu diş çöpü ilə deşin və yüngülcə sıxın, həmin an bir neçə damcı şirə çıxacaq. Limon isə bütov qalacaq. Bundan sonra kiçik dəliyi skoçlamaq və limonu yenidən soyuducuya qoymaq olar.

Bəzi mətbəx hiylələri

6. Bankada qalan mayonez qalıqlarını sirkə, ədviyyatlar və zeytun yağı əlavə etməklə salatlar üçün sousa çevirmək olar.

Bəzi mətbəx hiylələri

7. Təzə giləmeyvələrin kiflənməməsi üçün onları zəif surkə məhlulunda isladın.

Bəzi mətbəx hiylələri

8. Soğan və sarımsağın saxlanması üçün ən ideal yer dəlikli kağız torbalardır. Bu, iki ay ərzində onların kiflənmədən qalmasını təmin edir.

Bəzi mətbəx hiylələri

9. Kəsilmiş avokadonun qaralmaması üçün üzərinə alma sirkəsi səpin və bir soğan dilimi ilə birlikdə saxlayın.

Bəzi mətbəx hiylələri

10. Kartofu almalarla birlikdə saxlasanız, kartof cücərməyək. Almanın tərkibində etilen maddəsi var ki, bu da cücərmənin qarşısını alır.

Bəzi mətbəx hiylələri

11. “Nutella” bankasında qalan şokolad qalıqlarının üzərinə qaynar süd əlavə etsəniz, olduqca ləzzətli isti şokolad əldə edərsiniz.

Bəzi mətbəx hiylələri

12. Manqo, kivi və avokadonu stəkanın köməyilə təmizləmək daha əlverişlidir.

Bəzi mətbəx hiylələri

13. Ananası başıaşağı saxlamaq məsləhətdir, bu zaman o, daha tez yetişir və daha şirin olur.

Bəzi mətbəx hiylələri

14. Kərəviz və brokolini mütləq folqada saxlamaq lazımdır, bu, onların ömrünü uzadır.

Bəzi mətbəx hiylələri

15. Fındıq yağını tərsinə çevrilmiş şəkildə saxlasanız, ondan istifadə etmək daha asan olar.

Bəzi mətbəx hiylələri

16. Bananın birləşdiyi baş hissəsini skoçla sarısanız, onlar xeyli müddət xarab olmaz.

Bəzi mətbəx hiylələri

17. Saralmış göyərti əslində dəyərli məhsuldur, onu atmağa tələsməyin. Göyərtini xırda-xırda doğrayın və zeytun yağı ilə qarışdırın. Alınmış kütləni buz üçün nəzərdə tutulmuş qəliblərə doldurun və soyuducuya qoyun. Beləliklə, salatlar və suplar üçün çox gözəl sous əldə etmiş olarsunuz.

Bəzi mətbəx hiylələri

18. Kahını soyuducuya qoymadan əvvəl kağız torbaya büksəniz, daha çox təzəliyini qoruyar.

Bəzi mətbəx hiylələri

19. Çips və krekerlər quruyubsa, onları biraz mikrodalğalı sobada və ya adi sobada isidin.

Bəzi mətbəx hiylələri

20. Yetişməmiş banan ən gözəl şəkildə sobada yetişir. Əsas olan vaxtı diqqətdə saxlamaqdır, onları bir neçə dəqiqə qızdırılmış sobada saxlayın.

Bəzi mətbəx hiylələri

21. Pitsanı tavada qızdırmaq lazımdır.

Bəzi mətbəx hiylələri

22. Ofis ləvazimatlarından olan sancaq sizə bişmiş yumurtanı asan şəkildə təmizləməyə yardımçı ola bilər. Bişirmədən əvvəl yumurtanın qabığında kiçik bir dəlik açın, bu, bişdikdən sonra yumurtanın asan təmzlənməsinə zəmanət verəcək.

Bəzi mətbəx hiylələri

Beləliklə, bu mətbəx sirlərindən istifadə etməklə siz bu sahədə bilik və bacarıqlarınızı artıra, bu faydalı məsləhətlərə əməl etməklə hazırladığı yeməklərin dadı unudulmayan qadınlardan birinə çevrilə bilərsiniz.

Əvvəlki məqaləEvdə möhtəşəm görünməyin kiçik sirləri
Növbəti məqalədəYağlı dəriyə necə qulluq etməli?