Stress, çətinlik, adət nizamsızlıqlarına səbəb ola bilir. Ancaq müntəzəm şəkildə davam edərsə yumurtlama pozuqluğuna işarə ola bilər. Adət nizamsızlığı qadınların zaman-zaman qarşılaşdıqları bir vəziyyətdir. Ancaq  həqiqətən müəyyən bir ritm içində adət görmürsünüzsə, bunun altında yatan səbəbləri öyrənməniz lazımdır.

Bu mövzudakı məlumatları Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Alper Mumcu verir.

 

Adət nizamsızlığı nədir?

 

İki adət qanamasının başlanğıcları arasında keçən müddət, yəni bir adət qanamasının başladığı ilk gündən, digər adət qanamasının başladığı ilk günə qədər keçən müddəti Adət sikli adlandırılar.
Bu müddətin 21-35 gün arasında olması normaldır. Ancaq eyni qadında zaman-zaman adət siklinin müddəti dəyişkən ola  bilər. Məsələn: bəzi aylar 28, bəzi aylar 29-30 gün ya da 25-26 gündə bir adət görülə bilər. Bu vəziyyət, ümumiyyətlə nizamsızlıq olaraq qəbul edilməz.

Adət nizamsızlığından o halda danışmaq olar ki, adam həqiqətən müəyyən bir ritm içində Adət görmür. Adət nizamsızlığının altında yatan bir çox səbəb ola bilər, amma bunlardan ən çox qarşılaşılanı hormonal nizamsızlıqlar və uyğun  olaraq yumurtlama pozğunluqlarıdır.

 

Stes, çətinlik,kədər, iqlim dəyişməsi, sıx idman və məşq kimi faktorlar bu həssas tarazlıqları dəyişdirərək, Adət nizamsızlıqlarına səbəb ola bilər.

Adəd nizamsızlığı yumurtlama pozuqluğunun göstəricisi olanda, bu problemi yaşayan qadınlarda hamilə qala bilməmək çox normaldır. Adət nizamsızlığı olan bir qadın, xüsusilə uşaq sahibi olmağı istəyirsə mütləq bir sağlamlıq mərkəzinə müraciət etməlidir. 
Əvvəlki məqaləUşaqlarda diş fırçalama vərdişinin öyrədilməsi
Növbəti məqalədəUşaqlara əl yuma vərdişinin öyrədilməsi