ata-uşaqUşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişaf edir. Ata ilə qarşılıqlı əlaqə uşağın intellektual, sosial-emosional, cinsi-rol və şəxsiyyət inkişafında mühüm rol oynayır.
Ata-övlad qarşılıqlı əlaqəsinin uşaqların həm sosial, emosional və ünsiyyət bacarıqlarını inkişaf etdirmələri, həm də onları real xarici dünyaya hazırlamaları üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayan psixiatr bildirib ki, valideynlərin uşaq yetişdirərkən məsuliyyəti paylaşmanın vacibliyini anlamalıdırlar. Ata fiquru uşaq inkişafındakı əhəmiyyətli yer tutur.
“Həm ananın, həm də atanın qarşılıqlı əlaqəsi uşağın sağlam inkişafında fərqli nəticələrə malikdir. Ata-övlad qarşılıqlı əlaqəsi uşaqda diferensiallaşmaya başlayır, onu müstəqil edir və yaradıcılıq verir. Bu səbəbdən atalar da övladları ilə oyunlar oynamalı, onlara kitab oxumalı, nümunə olmalıdırlar”,-deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə,  xüsusilə 0-6 yaş qrupunda bu münasibətlər çox önəmlidir. Şəxsiyyətin əsas quruluşu altı yaşa qədər formalaşır. Ata-övlad ünsiyyəti güclü olan uşaqlarda müsbət şəxsiyyət xüsusiyyətlərinin formalaşdığı görülür. Unutmaq olmaz ki, yaxşı ata-övlad münasibəti həm də uşağın həyata münasibətini də gücləndirir. Ata-övlad münasibətində ən vacib məqam uşağa sevildiyini və dəyər verildiyini hiss etdiməkdir. Bu uşaqlarda özgüvəni gücləndirir. Uşaqlar səhv etdikdə onları mühakimə etmədən, qınamadan dinləməyə çalışaraq hisslərini anlamağa çalışılmalı, uşağın düşüncələri dinlənilməlidir. Bundan əlavə, ata örnək olmaq üçün verdiyi məsləhətlərə ilk olaraq özü əməl etməlidir.

Əvvəlki məqaləBunlar üzünüzdə qırış yaradacaq
Növbəti məqalədəEpilyasiyadan botoksa qədər: Cərrah yayda edilən prosedurların təhlükəsindən danışdı