arıqlama

 Sürətlə arıqlamağa çalışmaq, ara yeməklər yemək, kökəlməyəcəyi düşüncəsi ilə davamlı kəpək çörək və zeytunyağı işlətmək… Bunlar zəifləmə düşüncəsi ilə səhv bəslənən bi çox insanın etdiyi səhvlərdən yalnız bir neçəsidir.

 Çox kilolardan xilas olmanın və sağlam bir həyat forması haqqında məlumat sahibi olmanın yolu isə mütəxəssiz köməyi almaqdan keçir.

 Hər kəs ac qalaraq asanca kilo verəcəyini düşünər. Diyetin ilk başlarında ac qalaraq sürətlicə kilo verərsiniz.

Amma bir müddət sonra maddələr mübadiləsi özünü yavaşladacağından kilo verməniz mümkün olmaz. 2,5-3 saatda bir bəslənərək maddələr mübadiləsini yavaşlatmadan kilo vermək mevəffəqiyyətli nəticəyə sizi çatdırar. 

 Diyet deərkən yalnız yediklərinizi azaltmaq kafi deyil.Bədən tarazlığını qorumaq baxımından gündə 2-3 litr su içməniz lazımdır.Əks halda bədən kafi su götürə bilmədiyindən özünü qorumaq adına içdiyiniz suyu tutacaq, bu da bədəninizin şiş etməsinə səbəb olacaq. 

Duzun kalorisi yoxdur amma çox işlədildiyində bədəndə su tutaraq şişə səbəb olar.Bu səbəblə yeməyə sonradan duz əlavə edilməsi doğru deyil. 

Kilo verməyi hədəfləyən hər kəs əvvəlcə ağ çörək yerinə qara çörək yeməyə başlar.Amma burada bilmədikləri bir nöqtə vardır.

Qara çörəyində kalorisi vardır  və hətta ağ çörəklə eynidir. 

Zeytunyağı ilə bişirilən yeməklər sağlamdır amma kalorisiz deyil.1çay qaşığı kərəyağı ilə 1çay qaşığı zeytunyağının kalorisi bərabərdir.Əgər zeytunyağı işlətməyi azaltmırsınızsa kilo verə biilməzsiniz. 

Təzə sıxılmış meyvə sularının digər meyvə suları kimi kalorisi olduqca yüksəkdir.Diyet edərkən təzə sıxılmış meyvə suyu yerinə meyvənin özünü yeməyi seçin. 

Tək qida rejimi sürətli kilo vermənizə səbəb olar ancaq qida müxtəlifliyi təmin edilmədiyindən bədəndə bəzi vitamin-mineral əksiklikləri meydana gəlir.Bu da çox ciddi sağlamlıq problemlərinə yol aça bilər. 

Gündə 2 dəfə yemək ac qamaq mənasını verdiyindən maddələr mübadiləsinin yavaşlamasına səbəb olar.Bədəninizi odun sobası kimi düşünün.

Atəşin sönməməsi üçün arada bir odun qoyarıq.Maddələr mübadiləsi də eyni bu məntiqlə işləyir. 

Bazarda çox miqdarda zəifləmə məhsulları var.Bəzilərinin olduqca çox yan təsiri vardır.Həkim tərəfindən təklif edilməmiş məhsullar qətiliklə istifadə edilməməlidir.

Əgər hır hansı bir arıqlama dərmanı istifadə edirsinizsə də əsla tək başına bir işə yarayacağını düşünməyin.Diyet və idman dəstəyi olmadan heç  biri işə yaramayacaq. 

Hər kəs yediklərini azaltdıqda arıqlaya bilər.Ancaq adamın qan təhlillərində və maddələr mübadiləsində hər hansı bir çətinlik varsa,arıqlama  mərhələsində bu ifadələr  cansıxıcı bir şəkildə qarşınıza çıxa bilər.

 

 

Əvvəlki məqaləİncə və uzun görünmək üçün düzgün duruş…
Növbəti məqalədəBaxımlı əllərinizlə gözəlliyinizi tamamlayın.