pəhrizDietoloqlar arıqlamağa kömək edən ən faydalı səhər yeməyini açıqlayıblar.
Mütəxəssislərin fikrincə, səhər yeməyi üçün düzgün qidaları seçmək vacibdir.
Yumurta səhər yeməyi üçün uyğun qidadır. Çünki yumurta bədəni uzun müddət doyurur, qanda şəkərin sıçrayışlarına səbəb olmur və incə bədən quruluşunu saxlamağa kömək edir. Yumurta həmçinin beynin daha yaxşı işləməsi, mərkəzi sinir sisteminin qorunması və normallaşması üçün lazım olan xolin eləcə də lesitinlə zəngindir.
Mütəxəssislər bildirirlər ki, məhsulların kombinasiyası arıqlamağa kömək edir. Maksimum fayda əldə etmək üçün yumurtaya soğan, paprika və ispanaq əlavə etməyi təklif edirlər.

Əvvəlki məqaləSaç tökülməsini bir gecəyə dayandırmağın yolu
Növbəti məqalədəÖskürəyi kəsir, immuniteti qaldırır, dərini gözəlləşdirir