Uşağınızda hansı növ allergiyanın (qida və ya hər hansı digər) olmasından asılı olmayaraq, yüksək allergik xüsusiyyətə malik olan bütün qidaların (balıq, kürü, yumurta, bal, göbələk, sitrus meyvələri, qoz, fındıq, çiyələk, kofe, kakao, şokolad) qəbuluna qadağa qoyulur.

Allergiyalı uşaqların qidalandırılması
Qida allergiyası olan uşaqlarda allergik reaksiyaya səbəb olan bütün qidalar onun rasionundan çıxarılmalıdır. Təəssüflər olsun ki, bir çox hallarda valideynlər bu və ya digər qidaya (süd, yumurta, bal və s.) qarşı uşaqlarında allergiya olduğunu bilsələr də, “xeyirli” qida hesab olunduğu üçün onları az miqdarda da olsa uşaqlarına verməyə davam edirlər. Burada qəti şəkildə qeyd etmək lazımdır ki, allergiya xəstəliyi uşaqda çox kiçik yaşlarından başlamışsa və bir neçə orqanı zədələmişsə, uşağa allergiyaya səbəb olan qidaları hətta ən az miqdarda belə vermək olmaz! Xəstəlik daha böyük yaşlarda və bir qayda olaraq, mədə-bağırsaq xəstəliklərindən sonra inkişaf etmiş olarsa, allergiyaya səbəb olan qidaların az miqdarda qəbulu uşağa zərər vurmaya bilər. Bu zaman yalnız həmin qidanın uşaqda allergiya törətdiyi “kritik” miqdarını bilmək tələb olunur. Məsələn, ana bilir ki, uşaq 1 portağal yeyərsə, heç nə baş verməyə bilər, 2 portağal yeyərsə, bu onda allergiyaya səbəb olur. Demək, bu halda valideynlər hər vasitə ilə uşağa 2-cini yeməyə imkan verməməlidirlər.
Allergik uşaqların qida rasionunda duz və şəkər həkim tərəfindən məsləhət olunan minimum həddə qədər məhdudlaşdırılmalıdır.
Son zamanlar əksər qida maddələrinə, onlara xoş dad və iy vermək üçün, həmçinin onların saxlanma müddətini artırmaq və s. məqsədlərlə bir sıra qida əlavələrindən istifadə edilir. Məhz bu qida əlavələri bir çox hallarda allergiya mexanizminin işə düşməsinə səbəb olur.
Allergiyası olan kiçik uşaqların pəhriz qidalandırılması üçün müasir qida sənayesi tərəfindən istehsal edilən uşaq konservləri daha uyğun gəlir. Bu məhsul uşaq qidası istehsalı üzrə tanınmış şırkət tərəfindən buraxıldığı halda onlara etibar etmək olar. Belə şirkətlər istifadə edilən xammalın ekoloji cəhətdən təmiz olmasına yüksək səviyyədə nəzarət edir, onların tərkibində sağlamlıq üçün zərərli hesab edilən konservantların və aromatlaşdırıcı maddələrin olmamasına zəmanət verir. Onların bütün məhsulları həmçinin, əlavə olaraq vitaminləşdirilmiş, minerallaşdırılmış və steril olur.
İndi azyaşı uşaqların əksəriyyətində allergiya reaksiyaları meydana çıxır. Allergiya reaksiyaları ən çox da qida qəbulundan sonra meydana çıxır. Qida allergiyası son illər əksər uşaqların probleminı çevrilib. Qida allergiyasının baş verməsində ekoloji faktorların, qeyri-təbii qidaların və s. rolu böyükdür. Mütəxəssislər uşaqlarda allergiyanın əmələ gəlməsində ananın hamiləlik zamanı keçirdiyi stresslərin də rolu olduğu söylənilıir.

Allergiyalı uşaqların qidalandırılması
Allrgiyanın əmələ gəlmsinə allergenlər səbəb olur. Allergenlər orqanizmə allergik reyaksiyaların əmələ gəlməsinə səbəb olur. Allergiya azyaşı uşaqlara özünü ən tez dəri səpgiləri ilə biruzə verir. Bunun baş verməməsi üçün isə azyaşlı uşaqlara qida verərkən analar diqqətli olmalıdırlar. Allergiya uşaqlarda özünü əsasən aşağıdakı əlamətlərlə göstərir:

* bədənin müxtəlif yerlərində səpgilər
* dəridə quruluq və kəpəkləşmələr
* dəridə qızartıların və qaşınmaların meydana gəlməsi

Orqanizmdə əmələ gələn allergiyaların ən ağır formalarında şişkinliklər meydana çıxır. Bəzi hallarda isə tənəffüs yollarında xəstəlik əlamətlərinin meydana çıxması baş verir. Bu zaman azyaşlı uşaqda astma xəstəliyinin əlamətləri özünü göstrir. Xəstəlik ağırlaşdıqca atopik dermatit əmələ gəlir. Ağırlaşmaların əmələ gəlməməsi üçün isə ana uşağını yerirdiyi zaman diqqətli davranmalıdır. Bunun üçün əlavə qidaya keçilən azaman uşağa yeni qidadan az miqdar vermək və qidanın allergiyaya səbəb olub-olmamasını diqqətlə izləmək lazımdır. Uşaqda allergiya əlamətlərinin meydana çıxdığı gün uşağı mütləq həkimə aparmaq lazımdır.
Mütəxəssislər ana südü ilə qidalanan uşaqlarda allergiya əlamətlərinin olmadığını qeyd edərək anaları uşaqlarını ana südü ilə qidalandırmağı məsləhət bilir. Çünki ana südü ilə qidalanan uşaqlarda immunitet yüksək olur və onlarda allergiya xəstəliyinə az rast gəlinir.
Uşaqlarda laktoza çatışmazlığı olduğu zaman uşaqlara 6 ayına kimi keçi südü vermək tövsiyə edilir. Allergiyaya meyilli uşaqlara rəngli tərəvəzlərdən püre hazırlayarkən daha diqqətli olmaq lazımdır. Çünki allergiyalı uşaqlara rəngli qidalar verdikdə allergenlər hərəkətə gəlir. Buna görə də yeni qidanı uşağa verərəkən günün birinci yarısında az miqdar vermək və nəticəni gözləmək lazımdır. Əgər yeni qida uşaqda allergiyanın əmələ gəlməsinə səbəb olmasa, o zaman qidanın qalanını uşağa yedizdirmək olar.
Ən yaxşı vasitə isə ananın uşağa verdiyi qidaları hər gün dəftərə qeyd eləməsidir. Bu dəftər ən çox da dərisində səpgilər meydana çıxan uşaqların anaları tərəfindən tutulmalıdır. Dəftərdə uşağa verilən qidaların adları , verilmə saatları və uşağın qidaya verdiyi reyaksiyalar qeryd edilməlidir. Bu yolla uşağın hansı qidaya qarşı allergiyası olub-olmamsını təyin etmək mümükün olur.

Allergiyalı uşaqların qidalandırılması
Adətən südəmər dövründə uşaqların sitrus meyvələrə, zülallı qidalara qarşı qida allergiyası olur. Bu yaşda olan uşaqlar ekoloji təmiz qidalarla qidalanmalı və sağlam həyat tərzi sürməlidirlər. Onlara marketlərdə satılan peçenyalardan vermək olmaz. Belə uşaqlara yumurta sarısını da verən zaman diqqətli olmaq lazımdır. Allergiyası olan uşaqlara qida hazırlayan zaman aşağıdakılara əməl etmək lazımdır.

* düyü və düyü kimi qidalardan yemək hazırlamaq lazım gəldikdə əvvəlcədə onu suda saxlamaq və və suyu tullayıb yeni suda bişirmək lazımdır
* əti suda saxlayıb sonra bişirmək lazımdır
* uşaqlara yarımfabrikat mallar, konservlər vermək olmaz.

Əvvəlki məqalə0-12 aylıq körpələrin günlük rejimi
Növbəti məqalədəBu bürclərdən UZAQ DURUN