gözəllik

Elm adamları bir daha təsdiqləyib ki, yuxusuzluq insanı çirkinləşdirir.

Təcrübənin ilk həftəsində könüllülər gündə 7-8 saat yatmalı olub. Müəyyən vaxt keçdikdən sonra mütəxəssislər iştirakçıların şəkillərini çəkib. Sonra təcrübənin ikinci hissəsi izlənilib. Könüllülərə gündə maksimum 4 saat yatmağa icazə verilib. Bu mərhələdə də iştirakçıların fotoları lentə alınıb.

Foto çəkdirən zaman iştirakçılar heç bir kosmetik vasitədən və aksessuarlardan istifadə etməyib. Bundan sonra elm adamları 122 nəfərdən ibarət başqa bir könüllülər qrupu toplayıb. Onlara fotolardakı insanların görünüşünü, sağlamlığını, cəlbediciliyini, gözəlliyini və güvən vermək qabiliyyəti kimi meyarları qiymətləndirmək tapşırılıb.

Testlərdə könüllülər kifayət qədər yatan insanların daha cəlbedici və sağlam göründüklərini qeyd edib. Yuxusuz qalan iştirakçıların üzü, xüsusilə göz ətrafı daha solğun görünüb. Bu cür xüsusiyyətlər insanları mehriban və istiqanlı göstərmir. Ancaq yuxusuzluq güvən göstəricilərinə təsir etməyib.

Əvvəlki məqaləHamilə qadınlar niyə duzlu qidalar istəyir?
Növbəti məqalədəEv şəraitində qalın qaşlara sahib olmaq üçün