Alça turşusu

Tərkibi:

1 kq yaşıl alça

1 y/q qaya duzu

1 y/q sirkə

1/2 ç/q limon duzu

2 limon 2 diş sarımsaq

Alça turşusu

Hazırlanması:

Alçaları yuduqdan sonra bankaya doldurun. Alçaların arasına sarımsaqları doldurun. Ayrı qabda banka ölçüsünün yarısı qədər su ayıraraq isidin, duzları əridin və limon sıxın. Bu suyu bankaya boşaldın, sirkə əlavə edin və bankanın ağzını yaxşıca örtün. 1 həftə sonra açıb yeyə bilərsiniz.

Alça turşusu

Alça turşusunu iki cür hazırlamaq olar – şəkərli və şəkərsiz. Həmçinin onu pasta kimi bankada, yaxud da lavaşana kimi büküb saxlamaq da olar.

Şəkərsiz alça turşusu

Sarı, yetişmiş alçaları yuyun, aşsüzənə yuyun, suyunu süzün. Quruyandan sonra şirli ləyənə yığın. Əlinizlə əzin (bu ondan ötrü lazımdır ki, azca suyu çıxsın və bişirəndə dibi yanmasın). Sonra vam ocağın üstünə qoyun, taxta qaşıqla durmadan qarışdırın. Dənələri lətindən tam ayrılanda ocaqdan götürün. Soyuyandan sonra aşsüzən və ya ələkdən keçirin, qabığı və dənələrindən tam ayırın. Azacıq duz da vura bilərsiniz. (Turşunu bu halında pasterizə edilmiş bankalara yığıb bağlaya bilərsiniz, o zaman tomat pastası kimi alınacaq). Bir qədər kərə yağını tavaya qoyun. Ocağın üstündə ağ tüstüsü çıxanadək qızdırın. Sonra bunu hamar taxta, yaxud kartonun üzərinə çəkin. Alça püresini 0,5 sm qalınlıqda onun üstünə yaxın. Yağı ona görə çəkirlər ki, quruyandan sonra lavaşana rahat çıxsın və cırılmasın. Bunu günəşin qabağına qoyun. 2-3 günə quruyacaq. Qıraqlarını bıçaqla qaldırıb ehtiyatla çıxarın. Lavaş kimi bükün.

Tərkibi:

2 kq alça
1 st. su
1,5 kq şəkər tozu (bunu 1 kq-a alçaya 100 q da götürmək olar, istəyə görə qədəri dəyişir)
kərə yağı

Yetişmiş alçanı yuyub, saplağını təmizləyin. Emallı ləyənə yığıb üstünə su tökün. Vam odda (80 dərəcə) 25 dəqiqə bişirin. Sonra ələkdən keçirin. Yenə şirli ləyənə yığıb şəkər tozu əlavə edin, yarısı qalanadək vam odda bişirin. Bunu da yağ çəkilmiş taxta və ya karton lövhənin üzərində quruda bilərsiniz. Həmçinin yağlanmış sininin içinə bərabər qaydada yayıb 40-50 dərəcə qızdırılmış sobada 2-3 saat, sobanın qapağı azca açıq olmaq şərtilə quruda bilərsiniz. Bəzən pastilanı 2 sm qalınlıqda yayıb qurudur, sonra parçalara bölürlər.

Tərkibi:

  • 1 kilo yaşıl alça
  • 10 diş sarımsaq
  • 1 ədəd limon (istər dilimlərək, istərsə də  suyunu istifadə edin)
  • 1 su stəkanı üzüm sirkəsi
  • 1 çay stəkanı qalın duz
  • 1 ç/qaşığı şəkər tozu və ya 1 ədəd qənd
  • 2-3 ədəd kərəviz kolu
  • 2-3 kol nanə
  • İstəyə görə yarım yemək qaşığı qara bibər və ya keşniş toxumu

Hazırlanması:

Alçaları yuyun və suyunun süzülməsini təmin edin.
1 kq alçanın yerləşə biləcəyi qabın yarısından bir qədər az (1/4 qədər) su doldurun. Daha sonra həmin qaba duz, sirkə, limon suyu və şəkəri əlavə edərək duz əriyənə qədər qarışdırın. Tam hazır olmasına əmin olmaq üçün yumurtanı suya atın. Əgər yumurta suyun üzərinə qalxarsa, demək turşu üçün ideal su hazırlamısınız.
Bankanı stelizə etdikdən (qaynatdıqdan ) sonra alçaları, sarımsaqları və digər ədviyyatları əlavə edin.
Daha sonra kərəvəz və nanə əlavə edin.
Qab hava çəkməyəcək şəkildə qapağını bərk bağlayın.
Təxminən 20-25 gün sonra turşunuz hazır.
Sərin yerdə mühafizə edin.

 

 

 

Əvvəlki məqalə15 dəqiqədə dərini ağardan süd maskası
Növbəti məqalədəQara nöqtələri təmizləyən ƏN UCUZ vasitə