90% insan qan təzyiqini düzgün ölçmürlər: hər an etdiyimiz səhvlər
Qan təzyiqi ölçülərkən nə etməliyik:
1. Oturmalıyıq
2. İstirahət edib, sakitləşməliyik
3. Danışmamalıyıq
4.Kürəyimizi arxaya söykəməliyik
5.Qolumuzu rahat saxlamalıyıq
6.Ayaqlarımızı yerə düz qoymalıyıq
7. Qolumuzu ürəyimizin səviyyəsində bir masanın üstündə qoymalıyıq.
Hipertoniyalı xəstələrə diqqət:
Xəstələrin 5-10%-də hipertoniya başqa bir xəstəliklə bağlıdır. Hipertoniyaya gətirib çıxaran xəstəliklərin əhəmiyyətli qismi böyrəkdən qaynaqlanır. Hormonal xəstəliklər isə digər bir əhəmiyyətli qrup meydana gətirir.

İş həyatı və qan təzyiqi
Uzun iş saatları, masa başında uzun-uzadı işləmək və qaydasız bəslənmə təzyiqə mənfi təsir edir. Bundan əlavə, iş həyatının stressi ilə əlaqədar işçilərin hipertoniya və hipertoniya ilə bağlı xəstəliklərə tutulmaq riski vardır. Vaxt azlığı işçinin daha az fiziki işlərlə məşğul olmasına səbəb olur. İş yeməkləri və uzun sürən yığıncaqlar yemək rejimini pozur. Öz sağlamlığınıza zaman ayıra bilməməniz müalicənin də düzgün aparılmamasına səbəb ola bilər. Hipertoniyanın müalicəsi üç mərhələdən ibarətdir: hipertoniyaya gətirib çıxaran xəstəliyin müalicə edilməsi, dərman tətbiqi, həyat rejimində dəyişiklik etmək. Yeməklərdə duzun azaldılması, artıq çəkidən xilas olma, fiziki fəaliyyətin artırılması, siqaret və spirtin həyatınızdan çıxarılması əsas dəyişikliklər sırasındadır.
Qan təzyiqini salmaq üçün nə etmək lazımdır?
1.  Duzu azaldın.
2. Nizamlı məşq edin.
3. Artıq çəkidən azad olmağa çalışın.
4. Siqareti tərgidin.
5. Spirtli içkilərdən uzaq durun.
6. Lazım gəldikdə dərmandan istifadə edin.

 

Əvvəlki məqaləUşaqları dodaqlarından öpməyin –
Növbəti məqalədəSağlam qidalanmanın 10 qızıl qaydası