dəb

Yaz aylarında topuqlu sandaletlərdən bezmisinizsə, sizi başa düşürük. Payız daha rahat geyinmək üçün mükəmməl vaxtdır.

Respect markasının stilistləri ilə birlikdə yeni mövsümdə nələrə diqqət etməli olduğumuzu anladıq.

“Derbi”

2021 Payız üçün düz daban ayaqqabılar: 3 UĞURLU SEÇİM

Dəbli olmaq üçün kifayət qədər həcmli, lakin klassik görünüş və ofis geyim ilə qarışdırmaq üçün kifayət qədər səliqəli. “Derbilər” həm isti payız günlərində həm də soyuq və yağışlı havalarda uğurlu seçimdir.

2021 -ci ildə zərifliyə diqqət yetiririk: minimum parlaq detallar və sözün hər mənasında çox yönlülük. Məsələn, dekorativ dikişli və ya burunlu bir qara dəri model. Onları trikotaj paltarlar, tüvit yubkalar və gödəkçələr, geniş şalvar və trençkotlar və əlbəttə ki, jeans ilə geyə bilərsiniz.

“Loafer”lər

2021 Payız üçün düz daban ayaqqabılar: 3 UĞURLU SEÇİM

Kiçik qara paltar kimi heç vaxt dəbdən düşməyən loaferlər bu mövsüm də dəbdə olacaq. Bu il loaferlərdə daban nə qədər böyük olsa, bir o qədər yaxşıdır. Zəncir və digər dekorativ elementlər ola bilər, amma görüntünün həddindən artıq yüklənməməsi daha doğru seçim olacaq.

İdman ayaqqabıları

2021 Payız üçün düz daban ayaqqabılar: 3 UĞURLU SEÇİM

Bu ayaqqabı modelləri arttıq uzun müddətdir ki tək idmanda deyil,gündəlik həyatımızda da böyük yer alır. Payızda uzun yüngül  üst geyimi ilə yastı daban idman ayyaqabıları sadə və şık görünüşü ilə əvəzolunmazdır. Həm şalvar həm də ətək ilə doğru uyğunlaşdıraraq gündəlik və hətta ofis üçün obrazınızı tamamlaya bilərsiniz.

Əvvəlki məqaləSoyuq havalarda bunlar dəbdə olacaq – 2021 Payız və Qışın ən zövqlü geyimləri
Növbəti məqalədəUşaqlıqdan kənar hamiləklə bağlı olan bəzi yalnış fikirlər