Əmziyin  uşaqa xeyri və ziyanı

Körpənin sevimli məşğuliyyətlərindən biri də əmzikdir. Bir çox körpələr güclü əmmə refleksini sahibdirlər. Hətta bəzi körpələr bətndə ikən əlinin baş barmağını, ya da digər barmaqlarını emir. Əmzik “mız-mız” edən körpəni sakitləşdirir. Körpələr əmzik əmərkən daha şən olurlar. Əmzik həm də körpəni müvəqqəti olsa belə, ağlamağa qoymur, onu ovundurur, körpənin yeməyini hazırlamaq üçün anaya vaxt qazandırır. Əmzik körpəyə peyvəndlər vurulanda, yaxud qan götürmə zamanı istifadə olunur, uşağın yuxuya getməsinə yardımçı olur, ani körpə ölümü sindromu riskini azaldır.Erkən vaxtlarda əmzik əmən körpədə ana südü ilə qidalanma çətinləşə, hətta orta qulaq infeksiyası riski arta biler. Əmzikdən uzun müddət istifadə etdikdə dişlərdə də problemlərin meydana çıxması mümkündür. Körpənin ilk illərində əmzikləri normal istifadə bu problemə yol açmır. Ancaq daha uzunmüddətli əmzik üst və ön dişləri kənara doğru istiqamətləndirir, çıxan dişlərin düzgün sıralanmasına mane olur. Körpe ana südü ilə qidalanırsa, mütəxəssislər onun yalnız 1 aylığından sonra əmzikləri istifadə etməsini məsləhət görürler .Körpəniz hər dəfə ağlayanda əmzik verməyin. Əmziyin şəkli və davamiyyət müddəti də çox önemlidir. Körpənizin əmziyi alışmasına icazə verin. O, əgər əmzikli maraqlanmırsa, yenidən təkrarlayın. Körpəniz yatarkən əmzik ağzından düşürsə, təkrar verməyin. Əmziyi təmiz saxlayın və tez-tez dəyişin, körpəyə verməzdən əvvəl sabun və su ilə yuyub yaxşıca qurudun. Köhnəlmiş və ya çatlamış əmziyin parçaları qopa bilər, bu isə körpə üçün təhlükəlidir. Körpənizin yaxasında qalması üçün əmziyi heç vaxt ip taxmayın, bu, körpənin boynuna dolana bilər. Əgər körpəniz qulaq infeksiyası kimi bir xəstəliyə yoluxubsa, 6 aylıq olduqdan sonra əmziyi ona tərgidin.
Əvvəlki məqaləArıqlamaq üçün 5 asan vasitə
Növbəti məqalədəUşaq sahibi olmaq istəyənlər üçün…