Əl və ayaq baxımı
Gündəlik həyatımızda ən çox yorulan bədən üzvlərimiz əllərimiz və ayaqlarımızdır. Əllər hər gün hava və su ilə təmasda olur. Dəri quruyur və dartılır. Bunun üçün əllərə qulluq etməliyik. Hər gecə yatmazdan öncə dərin bir qaba zeytun yağı töküb əllərinizi 15 dəqiqə həmin qabda gözlədin. Daha sonra qurulayın və pambıq əlcək keçirib yatın. Səhər əlləriniz mükkəməl yumşaqlıq əldə edəcək.

Ayaqlar daha çox yorulur. Gündəlik iş həyatı ayaqlara çox pis yorğunluq verir. Bunun üçün hər gecə dərin qaba zeytun yağı, küncüt yağı, yarım limon əlavə edib ayaqları o məhlulda masaj edirik. Ayaqda olan şişlərə və ağrılara son qoyur.

 
Əvvəlki məqaləKahının inanılmaz faydaları
Növbəti məqalədəƏllərə qulluq üçün maska