gözəllik

Kollagen dərinin elastikliyini və sərtliyini qoruyan zülaldır. Yaş ötdükcə bu zülalın miqdarı azalır və dəri qocalır. Jelatin isə heyvanların iliyindən alınmış təbii kollagen sayılır. Odur ki, bu maddədən hazırlanmış maska dərinin daxili qatlarını da zülalla zənginləşdirir və səthini daha hamar və qüsursuz edir. Üzdəki qırışlar isə yox olur.

Ev şəraitində cəm 10 dəfə təkrarlayacağınız bu prosedur ən bahalı cavanlaşdırıcı vasitələrdən daha efektivdir.

Ən az 20 yaş gəncləşdirən MASKA

Bunun üçün lazım olacaq: 1 x/q jelatin, 5 x/q süd, 10 damcı A və E vitamini, 1 yumurtanın sarısı, 1 ç/q zeytun yağı

Öncə südü biraz isidin. İlıq südə durmadan qarışdıraraq jelatin əlavə edin. Jelatin süddə tam həll olandan sonra 20-30 dəqiqə gözləyin. Digər tərkib hissələrini də əlavə edib, məcunu yaxşıca qarşdırın. Sonra maskanı üzünüzə və boyun dərinizə çəkib, 30 dəqiqə gözləyin. Vaxt tamam olanda maskanı sərin su ilə yuyun. Bu proseduru 3 gündən bir olmaqla 10 dəfə dərinizə çəkin, ən az 20 yaş gəncləşin.

Əvvəlki məqaləBotoks haqqında maraqlı faktlar
Növbəti məqalədəKoronavirus xəstələri hansı vitaminləri qəbul etməlidir? – Kardioloq TÖVSİYƏSİ